“Wolt” kuryerləri etiraz edirlər
“Wolt” çatdırılma şirkətinin kuryerləri şikayətçidir. Belə ki, işçilər minimum ödənişlərinin iki manat olmasını tələb edirlər.
Həmçinin kuryerlər hava şəraiti və uzaq məsafəyə görə dəyişən ödənişlərini də ala bilmirlər.
Şikayətçi bildirib ki, yağışlı havada, təhlükəli şəraitdə işləyirlər.
Hüquq müdafiəçiləri bildiriblər ki, kuryerlər etiraz etməkdə haqlıdırlar. Çünki onların hüquqları ciddi şəkildə pozulur.
Hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, kuryerlər əmək müqaviləsi olmadan çalışırlar:
“Bu o deməkdir ki, həmin işçilər bədbəxt hadisələrdən sığortalanmırlar. Dövlət tərəfindən onların hüquqlarının müdafiə edilməsində də çətinliklər var. Çünki aqreqator şirkətlər kənarda oturublar və işəgötürən rolunu oynamırlar. Çoxlu sayda açıq qalan problemlər var. Onların həlli lazımdır və dövlətin müdaxiləsinə ehtiyac var”, - deyə o bildirib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"