İstanbulda dini mərasim keçirildi

08:21 07-01-2024 | icon 350 | Dünya
İstanbulda dini mərasim keçirildi

Çox sayda insan dənizə atıldı

 

Xristian inancına görə, Həzrəti İsanın vəftizinin 2024-cü ildönümü ilə əlaqədar İstanbulda Fənər Rum Patriarxlığının həyətində yerləşən Aya Yorgi kilsəsində dini mərasim təşkil edilib.  

 

Mərasimi Fənər Rum Patriarxı Bartolomeos idarə edib. Tədbirdə dualar oxunub, ziyarətə gələnlər şam yandırıblar.

 

Təxminən dörd saat davam edən tədbirdən sonra Haliçdə (Qızıl Buynuz buxtası) dənizdən xaç çıxarma mərasimi keçirilib. İstanbul Rum Patriarxı Bartolomeos və mərasimə qatılanlar kortec şəklində Haliç sahilinə gediblər. Patriarx Bartolomeos Haliçdə dənizə xaç atıb.

 

Onlarla insan xaçın arxasınca dənizə tullanıb. Xaçı dənizdən çıxardan şəxs isə Dedeağaçdan İstanbula gələn Kostas Kipros olub.

 

Xaç çıxarma mərasimi çox sayda insan tərəfindən maraqla izlənilib. Eyni zamanda mərasim zamanı geniş təhlükəsizlik tədbirləri görülüb.

 

Haliçlə yanaşı digər bölgələrdə də xaç çıxarma mərasimləri baş tutub.

 

“Çox xoşbəxtəm və hər kəsə ən yaxşısını diləyirəm. Bu gün xaçı çıxarmaq üçün dənizə baş vurmağa qərar verdim. Uğurlu günümdür, xaçı çıxardım. Çox xoşbəxtəm”, - deyə xaçı dənizdən çıxardan Kostas Kipros qeyd edib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI