“Fransa Azərbaycana qarşı düşmənçlik mövqeyindən əl çəkmir”
Çingiz Qənizadə: "Antiterror tədbirlərindən sonra Fransanın iç üzü tamam açılmış oldu"
“Təəssüflər olsun ki, Fransa bu yolu seçdi. Cəsus şəbəkəsinin ifşa olunması Fransa siyasi hakimiyyətini bir daha düşündürməlidir. Fransa Azərbaycana qarşı çirkin, qərəzli mövqelərindən əl çəkərək normal, sivil əlaqələrin qrulmasına meyl gödtərməli, Azərbaycan -Fransa münasibətlərinin yaxşılaşması istiqamtəində addımlar atmalıdır”.
Versus.Az xəbər verir ki, bunu hüquq müdafiəçisi Çingiz Qənizadə Fransa cəsus şəbəkəsinin ifşa olunması ilə bağlı açıqlamasında bildrib.
Ç.Qənizadə qeyd edib ki, dost, müttəfiq ölkələr bir-birinə qarşı bu cür cəsus şəbəkələrindən istifadə etmirlər:
“Guya vaxtilə ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Ermənistan-Azərbaycan arasında münaqişənin tənzimlənməsi ilə məşğul olan Fransa guya bitərəfliliyi qoruyub-saxlayırdı. Amma sonrakı dövrlərdə, yəni 44 günlük mühribə, həm də 19 sentyabr antiterror tədbirlərindən sonra Fransanın iç üzü tamam açılmış oldu. Fransanın Azərbaycana qeyri-obyektiv, qərəzli münasibəti ortaya çıxdı”.
Hüquq müdafiəçisi hesab edir ki, belə bir məqamda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Fransanın cəsus şəbəkəsinin ifşa olunması mühüm əhəmiyyətə malikdir:
“Azərbaycanda Fransa vətəndaşlarının cəsusluğa cəlb edilməsi ilə bağlı faktlar ortaya çıxmaqla 2 fransalı diplomat arzuolunmaz şəxs olaraq ölkədən çıxarıldı, bir nəfər isə həbs edildi. Bu fakt onu göstərir ki, Fransa nəinki Azərbaycanla normal münasibətlər qurur, əksinə düşmənçlik mövqeyindən çıxış edir”.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"