Azərbaycanı bundan sonra gözləyən uğurlara verilən SƏS

09:26 16-02-2024 | icon 603 | Siyasət
Azərbaycanı bundan sonra gözləyən uğurlara verilən SƏS

Mahir Abbaszadə: “Bu, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarından Azərbaycanın gələcəyinə verilən səs kimi qiymətləndirilməlidir”

 

Azərbaycan Prezidentinin inaqurasiya mərasimindəki çıxışı ölkə başçısının 20 illik fəaliyyətinə növbəti dəfə işıq salmaqla, gələcək perspektivin yol xəritəsini bəyan etdi. Bununla bir daha təsdiq olundu ki, Azərbaycan dövlətinin 20 illik inkişaf dövrü və tarixi qələbəmizi şərtləndirən amillər sırasında milli maraqlara hesablanmış ardıcıl siyasət və güclü Azərbaycan, dövlət xalq, prezident vəhdəti mühüm rola malik aparıcı amildir. Bu prosesdə iqtisadi sistemin formalaşdırılmasının öz rolunu nə ilə ifadə etdiyi müxtəlif nüanslarda öz əksini tapır. Eləcə də, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artması, dünyada etibarlı tərəfdaş imicinin formalaşmasında əsas rolun hansı reallıqlarla önə çıxdığı bir daha əsas mövzu olaraq təhlil olunur.

 

Eləcə də 2024-cü il prezident seçkiləri və Prezidentin öz ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsinin mahiyyəti birmənalı olaraq bir çox mühüm faktları ortaya çıxarır. Eyni zamanda da Azərbaycan Prezidentinin inaqurasiya mərasimində çıxışı qarşıda duran yeni vəzifələrin mesajı, öhtəliyi kimi qeyd olunaraq, cəmiyyətin, xalqın qarşısında qoyulan mühüm vəzifələr kimi dəyərləndirilir, təhlil olunur.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi bütövlükdə ölkənin ictimai-siyasi həyatnda çox mühüm  hadisədir.

 

Onun sözlərinə görə, Azərbaycan xalqının fevral ayının 7-də seçkidə ən yüksək səviyyədə fəallıq nümayiş etdirməsi və prezident İlham Əliyevin yenidən ölkənin başçısı olaraq seçilməsinə özünün müsbət münasibətini göstərməsi, son 20 ildə ölkə lideri tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasətə verilmiş qiymətdir:

 

“Xalq çox gözəl bilir ki, 20 il ərzində cənab İlham Əliyevin apardığı siyasətin mərkəzində Azərbaycan xalqı, onun siyasi, iqtisadi, mədəni maraqları, pozulmuş sərhədlərinin və ərazi bütövlüyünün bərpası durub. 20 il müddətində cənab Prezident qarşıya qoyduğu bütün məqsədlərə nail olaraq xalqın öz liderindən gözlədiyi bütün gözləntiləri ən yüksək səviyyədə yerinə yetirə bilib. Bu, 2024-cü ilin fevral ayında keçirilən növbədən kənar seçkilərində Azərbaycan xalqının bir nəfər kimi seçkilərə iştirak edərək, seçkiyə verdiyi münasibətdə də özünü göstərdi”.

 

Deputat digər mühüm məqam kimi seçki prosesinin bütün ərazilərimizdə keçirilməsini qeyd edib:

 

“1991-ci ildən sonra ilk seçkidir ki, Azərbaycanın bütün ərazilərini əhatə edir. Çünki Azərbaycan müstəqillik əldə etsə də, məcburi köçkünlər seçki prosesini öz ata-baba yurdlarında deyil, məcburən yaşamağa məhkum olunduqları ərazilərdə həyata keçirirdilər. Torpaqlarımız işğaldan azad edildikdən sonra ilk dəfə idi ki, Azərbaycan xalqının nümayəndələri öz doğma, ata-baba yurdlarında seçkilərə öz münasibətlərini bildirirdilər. Bu, tarixi bir məqamdır”.

 

M.Abbaszadə seçki prosesində yadda qalan ən mühüm tarixi bir məqam olaraq Prezidentin öz ailə üzvləri ilə birlikdə məhz Xankəndidə səsvermədə iştirak etməsinə diqqət çəkib:

 

“Ən mühüm məqamlardan biri vaxtilə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi ilə bağlı təhdidlər yağdırılan, İrəvanın tapşırıqlarını yerinə yetirərək, separatist qərarların çıxarıldığı, məkirli planların qurulduğu binada, otaqlarda qurulan seçki məntəqələrdə bu gün Azərbaycan Prezidenti Müzəfər Ali Baş Komandan İlham Əliyevin, ölkənin Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın ailə üzvləri ilə birlikdə səsvermə prosesində iştirak etməsidir. Bu, ilk növbədə Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarından Azərbaycanın gələcəyinə verilən səs kimi qiymətləndirilməlidir. Bu, Azərbaycanı bundan sonra gözləyən uğurlara verilən səs kimi qiymətləndirilməlidir. Əsas məqamlardan biri də cənab Prezidentin qeyd etdiyi kimi, Xankəndidə ölkə rəhbəri tərəfindən qutuya atılmış səsvermə bülleteni Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid yaradan separatçı ermənilərin tabutlarına vurulmuş son mismar kimi qiymətləndirilməlidir. Biz fevral ayının 7-də hamılıqla Azərbaycanın bütün ərazilərində keçirilən seçkilərdə, Xankəndidə möhtərəm prezidentin timsalında səsvermə prosesində iştirak etməklə, həm də Azərbaycana qarşı uzun müddət təhdid yaratmış bir xuntanın tamamilə məhv edilib tarixin arxivinə göndərilməsinin əyani sübutunu gördük. Beləliklə, Azərbaycan xalqı bir daha 20 il müddətində öz liderinə inandığını sübut etdi. Eyni zamanda, Azərbaycan xalqı bundan sonrakı müddətdə bir daha özünün liderinə nə dərəcədə inandığını və ümidli olduğunu bir daha ortaya qoydu. Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. İstər Ermənistan, istər havadarları, istər regionda vəziyyəti qızışdırmağa çalışan, sərhədlərdə sülhə, təhlükəsziliyə təhdid yaradan qüvvələr və bəzi beynəlxalq təşkilatlar, yaxud da həmin təşkilatlarda təmsil olunan dövlət nümayəndələri başa düşməlidirlər ki, Azərbaycan xalqı, dövləti, prezidenti ilə bundan sonra başqa dildə danışmaq mümükün deyil. Çünki ölkəmizdə görünməmiş dərəcədə xalq-iqtidar, dövlət başçısı- xalq birliyi var. Və bu birliyi heç kəs sarsıda bilməz”.

 

M.Abbaszadə hesab edir ki, 20 il ərzində Azərbaycanın qələbə əldə etməsinin əsas səbəblərindən biri də dövlətin güclü iqtisadi sisteminin qurulması, ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması, iqtisadi artımlara və dinamikaya nail olmaqla ölkədə sosial infrastrukturun yaxşılaşdırılması və beləliklə sosial müdafiənin ən yüksək səviyyədə gücləndirilməsi ilə insanların sosial problemlərinin vaxtında və ən yüksək səviyyədə həll olunmasıdır:

 

“Azərbaycanın iqtisadi imkanları nəticəsində ölkəmizin valyuta fondunun formalaşdırılması, ölkədə iqtisadi göstəricilərin ən yüksək səviyyədə təmin olunması ilə orduya müasir silahların alınmasını, Azərbaycanın silahlı qüvvələrinin yaranmasına və formalaşmasına dövlət büdcəsində ilbəil vəsaitlərin artırılması və beləliklə ordu quruculuğunun həyata keçirilməsi və bütün torpaqların işğaldan azad edilməsini təmin etmək idi.

Xalq Azərbaycan pezidentinin 20 il ərzində siyasi, mədəni və digər sahələrdə gördüyü işlərə yüksək qiymət verdi və liderinə yendən ölkə rəhbəri olmaq statusu qazandırdı. Cənab perezident qarşıdakı vaxtlarda bütün sahələrdə - iqtisadi, siyasi, mədəni, texnologiyalar, ordu quruculuğunun, təhlükəsizlik məsələlərinin sürətlə həll edilməsi, keçmiş məcburi köçkünlərin böyük qatyıdış prosesini həyata keçirməklə öz ata-baba yurdlarına daimi qayıtması ilə bağlı mesajlarını verdi. Biz inanırıq ki, qarşıdakı illərdə bu mesajların əyani həllinin şahidləri olacağıq”.

 

Tahira Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM