Din xadimlərinin ilk dəfə attestasiyasına BAŞLANILDI

15:52 04-03-2024 | icon 260 | Cəmiyyət
Din xadimlərinin ilk dəfə attestasiyasına BAŞLANILDI

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb.

 

Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar.

 

İlk dəfə təşkil edilən attestasiya QMİ-nin inzibati binasında keçirilir. Prosesdə fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır.

 

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI