"Qlobal Bakı Forumu beynəlxalq diskussiya platforması sayılır"

16:22 15-03-2024 | icon 388 | Siyasət
"Qlobal Bakı Forumu beynəlxalq diskussiya platforması sayılır"

Rəşad Bayramov: "Bu Forum Davos və Münxen qədər vacib platformadır"

 

“Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Qlobal Bakı Forumu ilə bağlı şərhində bildirib.

 

Politoloq qeyd edib ki, bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib:

 

“Beynəlxalq miqyasda tanınmış Bakı Forumu gündəmə gətirdiyi məsələlərin əhatə dairəsi, əhəmiyyəti, qlobal miqyası, eləcə də müzakirə olunan mövzuların aktuallığı baxımından dünyanın düşünən beyinlərini bir araya gətirən nüfuzlu bir platformadır. Qlobal Bakı Forumunun uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrildiyi hər kəs tərəfindən qəbul olunur və Qlobal Bakı Forumu haqlı olaraq Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib platforma hesab edilir. Həqiqətən də biz Forumda nümayəndələrin iştirak sayına, ölkələrin təmsilçiliyinə, iştirak edənlərin nüfuzuna və eləcə də müzakirə olunan məsələlərin mövqularına baxdıqda görürük ki, Bakı Forumu ciddilik baxımından nə Davos Dünya İqtisadi Forumundan, nə də Münxen Təhlükəsizlik Konfransından geri qalmır. Dünyanın 70 ölkəsindən 400-ə yaxın nümayəndənin, tanınmış siyasi, mədəniyyət, elm xadimlərinin iştirak etdiyi, 40-dən çox sabiq prezident və Baş nazirin qatıldığı Forumu əhəmiyyətli edən məqamlardan biri də İlham Əliyevin ənənvi olaraq bu forumlarda iştirakı və iştirakçılarn çoxsaylı suallarını cavablandırmasından ibarətdir. Bu, Azərbaycan həqiqətlərinin çatdırılması, hadisələrə ölkəmizin baxışlarını çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir”.

 

R.Bayramov qeyd edib ki, Prezidentin çıxışında önəmli məqamlardan biri regiondakı geosiyasi dəyişikliklərlə bağlı oldu:

 

“Həqiqətən də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası regionumuzda geosiyasi vəziyyəti kökündən dəyişib. Ümumiyyətlə son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər.
Verilən digər vacib mesaj Fransa-Azərbaycan münasibətləri ilə bağlı oldu. Prezident, 1990-cı illərin əvvəllərində ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladaraq, İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına Parisin reaksiyasının qeyri-adekvat olduğunu bildirdi. Azərbaycan Prezidenti forum iştirakçılarını beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri, Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumatlandırdı ki, bu da beynəlxaq birliyin diqqətini baş verən haqsızlıqlara yönəltmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Ən çox və ən az kredit verən BANKLAR