Bu gün onun sizin dualarınıza ehtiyacı var...

10:53 08-04-2024 | icon 254 | Cəmiyyət
Bu gün onun sizin dualarınıza ehtiyacı var...

Deyilənlərə görə, yüz əlli-iki yüz il bundan əvvəl indiki Cəlilabad rayonunun ərazisi Yardımlı rayonunun qışlaq torpaqları olub. Sonradan geri dönməyənlər, oturaq həyata üstünlük verən yardımlılar Cəlilabad ərazisində yurd salıb məskunlaşıblar. Heç də təsadüfü deyil ki, bu gün hər iki rayonda eyniadlı kəndlər çoxdur. Bəli, Cəlilabadda olan həmin kəndlərin əhalisi əsasən Yardımlıdan köç edən insanlardır. Doğrudur, məlum zəlzələdən sonra Şamaxıdan da buraya köçənlər az olmayıb, amma bu bir qədər əvvəl olub...

 
 
 
Haqqında söhbət açmaq istədiyim Salam Sarvanın şəcərəsi Yardımlıya və ya Şamaxıya gedib çıxıb-çıxmamasından xəbərsizəm, fəqət onun sağlamlığında ciddi bir problem olduğu məni də bir oxucu kimi çox narahat edir. Nə yaşı var ki, vur-tut 58 yaş...
 
 
 
O, 1966-cı ilin avqust ayının 10-da Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Hazırda Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Eşitdiyimə görə Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir. "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub. Bunlardan əlavə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib...
 
 
 
Deyir ki,- “Budda insana iztirabsız həyat bəxş eləmək istəyirdi. Həyat isə elə məhz ağrılarla toxtaqlıqların bir-birini əvəzləməsi halında həyatdı. Həzz nədir ki? Sadəcə, diş ağrısının toxtamasıdı da. Yoxsa, Buddanın ideyası baş tutsaydı həyatımız yeknəsəq yerüstü cənnətə çevrilərdi. Bədən fiziologiyasının olmadığı, yalnız ağrısız ruhların dolaşdığı metafizik ömür təsəvvür edə bilirsən? Absurddu axı! Dərin qatlarda düşünməyə başlasaq, ortaya kəskin suallar çıxacaq. Məsələn, mən də cığal roluna girib deyərəm ki, insanı öz istəklərini boğmağa çağıran fəlsəfə bu yola acizliyindən əl atıb. Vəziyyəti qadağalarla tənzimləmək ən asan çıxış yoludu axı. Deyərəm ki, bu istəkləri boğmağa çalışmaq yox, onları gerçəkləşdirməyin mümkün olduğu münbit şəraiti, bu şəraitin fəlsəfəsini yaratmaq lazım idi. Onsuz da, şüşəni hansı formaya salsan da, sınma xassəsi həmişə qalır...”
 
 
 
Sakit təbiətli adamdır. Təkəbbürdən, yekəxanalıqdan çox uzaqdır. Gözəl poeziya nümunələri yarada bilib;
 
 
Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin-
o da ki gözümü qapamaq üçün.
Mən ki GÜNÜN gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.
Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir-
gəl gedək oturub saata baxaq.
 
 
Bu onun şeirlərindən biridir. Qəribə adamdır, heç vaxt sağlamlığının qeydinə qalmayıb. Bəlkə də yuxusuz gecələrin, narahat günlərin nəticəsidir ki, bu gün onun qaraciyəri ilə öd kisəsi arasında şiş əmələ gəlib. Hökmən cərrahi müdaxilə olunmalıdır...
 
 
“Orta ömrün artması nəyə lazımdı ki? Məsələn, bir futbol matçının vaxtını üç saatacan uzatmağın nə mənası var – əgər doxsan dəqiqəlik müddət də əskik görünmürsə?! İndi orta ömür həddi yetmiş ildir, onun yüz il olmaması bizdə hansısa kompleks yaradır? Heç ağlımızdan da keçmir.”- söyləyir...
 
 
Ümuiyyətlə, Salam Sarvan yaranışdan filosofdur, hər bir şeirini oxuyarkən buna əmin olmaq olar. Məntiq onun yaradıcılığının qayəsidir. Bir sözlə, məzunlu və maraqlı şəxsiyyətdir. Bu barədə nə vaxtsa daha geniş danışarıq. Bu gün onun el duasına, səmimi alqışlara ehtiyacı var. Gəlin Allahdan Salam Sarvana şəfa diləyək, arzu edək ki, tezliklə şəfa tapıb ailəsinə qovuşsun!
 
Allah şəfa versin!
 
 
Hörmətlə, Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI