“Qarabağ Bəyannaməsi artıq o qüvvələri çıxılmaz vəziyyətə salır”

15:05 10-07-2024 | icon 767 | Siyasət
“Qarabağ Bəyannaməsi artıq o qüvvələri çıxılmaz vəziyyətə salır”

Razi Nurullayev: "Azərbaycanın tələbini yerinə yetirmək, sülh müqaviləsi bağlamaq lazımdır"

 

"Milli Məclisin deputatı Razi Nurullayev həftə-içi-nə açıqlamasında "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının Şuşada keçirilməsini bütün dünyaya verilmiş növbəti mühüm mesaj adlandırıb. Bu sammit bir daha “Qarabağ əzəli Azərbaycan torpağıdır” – deyə, reallığı Şuşadan dünyaya bəyan etdi".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasnda Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

 

Deputat Şuşada “Qarabağ Bəyannaməsi”nin qəbul olunması və bu sənədə türk dövlətlərinin imza atmasını mühüm tarixi hadisə kimi önə çəkib. O, görüşə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ev sahibliyi etməsini vurğulamaqla, eyni zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla yanaşı Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev samitdəki iştirakını çox gözəl bir bir addım olmaqla yanaşı, Şuşanın, Qarabağın Azərbaycanın olması və ermənilərin bütün iddialarının boşa çıxması anlamına gəldiyini ifadı edib.

 

R.Nurullayev hesab edir ki, Qarabağ Bəyannaməsi Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bəyan edir. Eyni zamanda türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini ortaya qoyur.

 

Deputat eyni zamanda qeyd edib ki, bu gün belə Macarıstanın Baş nazirini, digər türk dövlətlərini tənqid edən ölkələr, ermənipərəst qüvvələr var. Onlar hələ də o dpvlətlərin Şuşaya gedişinə müsbət yanaşmırlar. Ona görə də hesab edir ki, “Qarabağ Bəyannaməsi” bu qüvvələrə tutarlı cavab vermək üçün Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması qədər əhəmiyyətli bir sənəddir".

 

“Dünya ölkələrinin başçıları Şuşaya toplaşdıqca Azərbaycan bir daha özünün gücünü, qüdrətini, dövlətçiliyini, oturuşmuş siyasətini dünyaya bariz şəkildə nümayiş etdirir. Bir daha bəyan edir ki, xain niyyətlərinizdən, gözügötürməzliyinizdən əl çəkin. Qarabağ Bəyannaməsinin qəbul edilməsi haqsız olaraq Ermənistanın yanında dayanmaq istəyən, Ermənistanın haqsız işini müdafiə etmək yolunu tutan bir çox dövlətlərin əl-qolunu bağlayır. Çünki Qarabağ Bəyannaməsi dünyanın güclü türk dövlətləri tərəfindən imzalanmış bir sənəddir. Bu dövlətlər bir daha Azərbaycanın Qarabağ üzərindəki suvereniyini təsdiq edirlər. Hesab edirəm ki, bu cür addımların atılması, Qarabağ Bəyannaməsinin imzalanması həm də Ermənistan hakimiyyətini vadar edir ki, öncə haqsız tələblərindən, düşüncələrindən əl çəksinlər, sonra da sülh müqaviləsini imzalamaq üçün Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirsinlər. Qarabağ Bəyannaməsi artıq o qüvvələri çıxılmaz vəziyyətə salır. Artıq onlar bütün dünyanın Azərbaycanın yanında olduğunu anlamalıdır. Ona görə də boş-boşuna atılıb düşmək, mənasız tələblər irəli sürmək onlara heç nə qazandırmayacaq, əksinə qonşu ölkələrlə düşmənçiliyi daha da sürətləndirəcək. O baxımdan Ermənistanın sağlam qüvvələri də, Paşinyan da düşünür ki, artıq başqa çıxış yolları yoxdur, Azərbaycanın tələbini yerinə yetirmək sülh müqaviləsi bağlamaq lazımdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Milli inkişaf strategiyasının hazırlanması - TƏDBİR

Hərbi qulluqçumuz faciəli şəkildə öldü

Minimum əməkhaqqı və minimum pensiya ilə bağlı GÖSTƏRİŞ

Sürücülər niyə hələ də avtomobillərini səkidə park edirlər?

Nüsrət Kəsəmənlinin xanımı elə faktı AÇIQLADI Kİ...

Milli Məclisin sədri və müavinləri postuna namizədlərin ADLARI

İsraildən “Hizbullah”a yeni hücum dalğası

"Coker: İki nəfərlik dəlilik” - FİLM

Əminə Yusifqızının doğum günüdür

Azərbaycan dövləti və xalqının gücü...

Pensiya və maaşdan başqa bu ödənişlər də ARTA BİLƏR

FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR

Tələbələrə kredit veriləcək?

Növbəti tədris müəssisəsində geyim QALMAQALI

Qaşınma tez-tez rast gəlinən ŞİKAYƏTLƏRDƏNDİR