Planetin xəritəsi YENİLƏNİR?

09:36 28-09-2024 | icon 363 | Maraqlı
Planetin xəritəsi YENİLƏNİR?

Maqnit sahəsi dəyişir, panagea qayıdır

 

"Yer kürəsinin səthini təşkil edən qitələrin hər il bir neçə santimetr hərəkət etməsi gələcəkdə radikal bir dəyişikliyin xəbərçisi ola bilər".

 

"Sputnik Türkiyə"yə yazır ki, bu barədə İstanbul Universitetinin Geofizika Mühəndisliyi Bölməsinin rəhbəri professor dr. Zihni Mümtaz Hisarlı bəyan edib.

 

Onun sözlərinə görə, Yer kürəsinin tarixi boyunca qitələr birləşib və ayrılıb:

 

"300 milyon il əvvəl mövcud olan "Pangeya" superkontinenti zamanla parçalanaraq bugünkü qitələri formalaşdırıb. Lakin proses sona çatmayıb. Qitə hərəkətləri davam edir və 250 milyon il ərzində Amerika, Afrika və Avrasiya yenidən birləşə bilər".

 

Qitələr necə hərəkət edir?

 

Professor Hisarlı qitələrin hərəkətini litosfer təbəqəsinin altında yerləşən isti mantiya təbəqəsindəki konveksiya axınlarına bağlayıb:

 

"Mantiya daxilindəki nəhəng istilik hərəkəti qitələri bir aeroportdakı gəzən lentlər kimi hərəkət etdirir. Bu proses 4 milyard ildir davam edir, gələcəkdə isə yeni qitə birləşmələrinə səbəb olacaq və Yer kürəsinin xarici görünüşünü tamamilə dəyişdirəcək".

 

Ekspertin sözlərinə görə, qitələrin hərəkəti təkcə səth formalarına deyil, eyni zamanda Yer kürəsinin maqnit sahəsinə də təsir edir:

 

"Maqnit sahəsi Yer üzərindəki həyatı qorumaqda kritik rol oynayır. Keçmişdə bu maqnit sahəsinin tərs döndüyü dövrlər olub. Gələcəkdə də maqnit sahəsi dəyişə bilər ki, bu da qitələrin yerdəyişdirməsi ilə əlaqəli ola bilər".

 

İkinci Dünya müharibəsinin gizlədilən məlumatları

 

Doktor Hisarlı qitə hərəkətlərinə dair əldə edilən məlumatların əhəmiyyətinə diqqət çəkib. Xüsusilə İkinci Dünya müharibəsi zamanı toplanan okean dibinin məlumatlarının uzun müddət gizli saxlanıldığını, lakin müharibədən sonra bu informasiyaların elm adamlarına açıldığını bildirib. Onun sözlərinə görə, bu məlumatlar qitələrin sürüşməsini və Yer kürəsinin maqnit quruluşunu anlamaqda mühüm rol oynayıb.

 

Qitələr birləşərsə, nə baş verər?

 

Alim bildirib ki, qitələrin birləşməsi təkcə coğrafi deyil, eyni zamanda geoloji və iqlim dəyişikliklərinə də yol açacaq:

 

"Birləşmə nəhəng dağların yaranmasına və vulkanik fəaliyyətlərin artmasına səbəb olacaq. Lakin bu vəziyyət iqlimi birbaşa dəyişdirməyəcək, ancaq vulkan fəaliyyətləri atmosferdə qaz yığılmasına gətirəcək ki, bu da müvəqqəti iqlim dəyişikliklərinə səbəb ola bilər".

 

O, 250 milyon il ərzində qitələrin yenidən birləşməsi ehtimalının həm həyəcanverici, həm də qorxuducu olduğunu deyib:

 

"Keçmişdə olduğu kimi, Yer kürəsinin səthi bir daha köklü dəyişikliklərə səhnə ola bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ