"Coker: İki nəfərlik dəlilik” - FİLM

14:18 24-09-2024 | icon 233 | Film
"Coker: İki nəfərlik dəlilik” - FİLM

“CineMastercard” premium kinoteatrında oktyabrın 3-dən DC Comics kainatının super cani haqqında trillerin davamı olan “Joker: İki nəfərlik dəlilik” filminin nümayişi başlayacaq.

 
 

Filmdə Joker və Harli Kvin əsas rollarını amerikalı aktyor, Oskar mükafatçısı Hoakin Feniks və müğənni Ledi Qaqa canlandırıblar. Filmdə həmçinin Zazi Bitz, Brendan Qlison, Cetrin Kiner, Ceykob Loflend və Qarri Louti də çəkilib.

 

Filmin rejissoru Todd Fillipsdir.

Filmin dünya premyerası Venesiya Film Festivalında baş tutdu. Müzikl tamaşaçılar tərəfindən 11 dəqiqəlik alqışlarla qarşılanıb.

 

Film haqqında qısaca: Joker-ə çevrildikdən və televiziyada canlı yayımda Mürrey Franklini öldürdükdən sonra Artur Flek Arkham psixiatriya xəstəxanasına yerləşdirilir və burada doktor Harlin Kvinzel ilə tanış olur. Onlar tezliklə bir-birlərinə dəlicəsinə aşiq olduqlarını anlayırlar.

 

İlin ən gözlənilən filmlərindən biri olan “Joker: İki nəfərlik dəlilik”in nümayişinə özəl “CineMastercard” kinoteatrının komandası “Light in Black” kreativ komandası ilə birgə unikal video çarx hazırlayıb. Joker və Harli Kvin filmin süjetində mövcud olan xaos, dinamik və gərgin səhnələrin mühitini yaratdılar.

 

Tamaşaçıların “CineMastercard” kinoteatrlar şəbəkəsində ən çox gözlədiyi filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin, “Joker: İki nəfərlik dəlilik” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Milli inkişaf strategiyasının hazırlanması - TƏDBİR

Hərbi qulluqçumuz faciəli şəkildə öldü

Minimum əməkhaqqı və minimum pensiya ilə bağlı GÖSTƏRİŞ

Sürücülər niyə hələ də avtomobillərini səkidə park edirlər?

Milli Məclisin sədri və müavinləri postuna namizədlərin ADLARI

Nüsrət Kəsəmənlinin xanımı elə faktı AÇIQLADI Kİ...

İsraildən “Hizbullah”a yeni hücum dalğası

"Coker: İki nəfərlik dəlilik” - FİLM

Əminə Yusifqızının doğum günüdür

Azərbaycan dövləti və xalqının gücü...

Pensiya və maaşdan başqa bu ödənişlər də ARTA BİLƏR

Tələbələrə kredit veriləcək?

FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR

Növbəti tədris müəssisəsində geyim QALMAQALI

Qaşınma tez-tez rast gəlinən ŞİKAYƏTLƏRDƏNDİR