Yerin bənzəri TAPILDI

09:09 28-09-2024 | icon 46 | Maraqlı
Yerin bənzəri TAPILDI

Beş milyard ildən sonra planetimiz necə görünəcək?

 

Çin və ABŞ-dən olan beynəlxalq astronomlar qrupu yeni ekzoplanet tapıblar ki, milyardlarla il sonrakı Yer planetinə bənzəyir. Bununla bağlı tədqiqatın nəticələri "Nature Astronomy" ("NatAstro") elmi jurnalında dərc olunub.

 

"KMT-2020-BLG-0414" adlı göy cismi Yerdən 4 min işıq ili uzaqda yerləşir və ağ cırtdanın - sönmüş ulduzun ətrafında fırlanan qayalardan ibarət dünyadır. Gözlənilir ki, Günəşimiz 5 milyard ildən sonra ağ cırtdana çevriləcək.

 

O vaxta qədər Günəş genişlənəcək və Merkurini, Veneranı, hətta ola bilsin ki, Yer və Marsı da udaraq qırmızı nəhəng fazadan keçəcək. Əgər dünyamız bu dövrdən sağ çıxsa, "KMT-2020-BLG-0414"ə bənzəyəcək.

 

Müşahidələr göstərib ki, "KMT-2020-BLG-0414" öz ağ cırtdan ulduzundan Yerlə Günəş arasındakı məsafədən bir və ya iki dəfə çox məsafədə yerləşir. Sistemdə, həmçinin qəhvəyi cırtdan - kütləsi Yupiterdən təxminən 17 dəfə böyük olan, parıldaya bilməyən ulduz da var.

 

Alimlər qeyd ediblər ki, Yerdəki həyat, çox güman ki, Günəşin ağ cırtdana çevrilməsindən xeyli əvvəl yox olacaq. Təxminən bir-iki milyard il sonra Yer okeanları sürətlənən istixana effekti səbəbindən quruyacaq. Tədqiqatçılar hesab edirlər ki, bu vaxta qədər bəşəriyyət başqa dünyalara köçəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Milli inkişaf strategiyasının hazırlanması - TƏDBİR

Hərbi qulluqçumuz faciəli şəkildə öldü

Minimum əməkhaqqı və minimum pensiya ilə bağlı GÖSTƏRİŞ

Sürücülər niyə hələ də avtomobillərini səkidə park edirlər?

Milli Məclisin sədri və müavinləri postuna namizədlərin ADLARI

Nüsrət Kəsəmənlinin xanımı elə faktı AÇIQLADI Kİ...

İsraildən “Hizbullah”a yeni hücum dalğası

"Coker: İki nəfərlik dəlilik” - FİLM

Əminə Yusifqızının doğum günüdür

Azərbaycan dövləti və xalqının gücü...

Pensiya və maaşdan başqa bu ödənişlər də ARTA BİLƏR

Tələbələrə kredit veriləcək?

FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR

Növbəti tədris müəssisəsində geyim QALMAQALI

Qaşınma tez-tez rast gəlinən ŞİKAYƏTLƏRDƏNDİR