“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

18:10 27-09-2024 | icon 106 | Siyasət
“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

Şair Ramaldanov: “Düşmənin başı əzildi və Azrbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu”

 

“Bu gün biz Azərbaycanın tarixində bəlkə də ən önəmli bir tarixi günü yaşayırıq. Bu tarixi yazanlar əbədi olaraq Azərbaycan hərb tarixində unudulmaz bir iz buraxdılar. İkinci Qarabağ savaşı hər zaman gələcək nəsldə öyrəniləcək, qürur mənbəyi kimi yada salınacaq”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov İkinci Qarabağ savaşının 4-cü ili ilə bağlı şərhində bildirib.

 

Ş.Ramaldanov II Qarabağ savaşının başlanması tarixinə nəzər salıb:

 

“Artıq cəmiyyətdə, xalqımızda səbr kasası dolmuşdu. Boğaza yığılan Azərbaycan xalqı işğalla barışmayaraq, ərazi bütövlüyümüzü bərpa etməyə hazır olmaları ilə bağlı münasibətlərini dəfələrlə dövlət rəhbərinə bildirmişdilər.

Mən deyərdim ki, Aprel hadisələri 2-ci Qarabağ savaşı üçün bir sınaq idi. Ona görə ki, Aprel hadisələrində Azərbaycan ordusu nəyə qadir olduğunu göstərdi. Ancaq Azərbaycanın hansı risklərlə üzləşəcəyi istiqamətlər açıq-aydın müəyyənləşdi. Bildiyiniz kimi, qısa bir zamanda artıq Moskvada Azərbaycan dövləti yenidən atəşkəsə qayıtmalı oldu. Bu, demək olar ki, bir kəşfiyyat sınağı idi. Biz Aprel hadisələri ilə bütün ola biləcək riskləri açıq-aydın gördük. Və artıq növbəti addımlarımızı hər şeyi ölçüb-biçərək atdıq. Sonra Tovuzun İyul hadisələri baş verdi. Ondan sonra artıq səfərbərlik və hərbi xidmət idarələrinə insan axını oldu, könüllülər yazılmağa başladı. Amma silahlı qüvvələrin Ali Baş komandanı, prezident İlham Əliyev özü formalaşdırdığı, inkişaf etdirdiyi, dünyada ən güclü ölkələr arasında 53-cü yerə çıxardığı bir ordumuz var idi və öz sözünü dedi. Prezident Aprel hadisələrindən sonra demişdi ki, Azərbaycan ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Ancaq hər an bizim döyüşlərimizin irəliləməsini dayandıra biləcək xarici güclər hələ də var idi.

Azərbaycan prezidenti Tovuz iyul hadisələrindən sonra diplomatiyada “əks-hücum” deyə bir fikir səsləndirdi. Prezident məhz beynəlxalq diplomatiya meydanında hücuma keçərək bu məqamı yetişdirdi. Onun apardığı müdrik siyasəti nəticəsində Azərbaycana ola biləcək risklər minimuma endirildi və birinci qələbəni məhz bu sahədə qazandıq. Diplomatiya sahəsində qələbə qazanan Azərbaycan prezidenti düşmənin son təxribatına qarşı əks-hücum əmri verdi, özü də bu döyüşləri mərkəzdən idarə etdi və Azərbaycanı qələbəyə gətirib çıxardı”.

 

Hələ əks-hücum əməliyyatına qədər prezident İlham Əliyevin bu savaşa artıq hazırlaşdığını deyən ekspert bildirdi ki, Ali Baş komandan bu savaşın məqamını yetişdirirdi:

 

“Onun “mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamını 2-ci Qarabağ savaşında gördük. Apardığı siyasət nəticəsində beynəlxalq tədbirlərdə, bütün ali kürsülərdə Azərbaycanın hansı yolla olursa olsun, öz torpaqlarını azad etməsi ilə bağlı belə bir fikir formalaşdırdı. Qardaş Türkiyənin Azərbaycana mənəvi və hər cürə dəstəyini qazandı. Dost islam ölkəsi Pakistan Azərbaycanı dəstəkləyəcəyini elan etdi. Artıq əks-hücumla başlayan 2-ci Qarabağ müharibəsində məhz bu iki qardaş və dost ölkə həmin ola biləcək risklərin qarşısının almasında Azərbaycanla bir oldular. Mənəvi dəstək məhz ondan ibarət idi ki, hər zaman Azərbaycanın yanında olmaqla dövlətimizə qarşı xaricdən edilə biləcək qərəzli addımların qarşısını aldı. Və Azərbaycan öz tarixi haqq işini BMT-nin 4 qətnaməsini praktiki şəkildə öz gücü ilə yerinə yetirməyə başladı. Beləliklə 30 il müdafiədə olan və yetərli qədər güclü silahlarla silahlanan düşmən dəf edildi. Prezident İlham Əliyev Rusiyanın aparıcı mediasına müsahibəsində söyləmişdi ki, Qarabağın azadlıq planı daim mənim masamın üstündə olub və biz daim o masanın üzərində lazım olan dəyişiklikləri işləmişik. Azərbaycanda irimiqyaslı təlimlər keçirildi. 5, 10, 15, hətta 25 min şəxsi heyətin cəlb edilməsi ilə irimiqyaslı hərbi oyunlar keçirildi. Bu hərbi oyunlarda 2-ci Qarabağ savaşında torpaqlarımızın işğaldan azad edilməsi və işğalçı qüvvələrin darmadağın edilməsi ssenariləri işlənirdi. Ali Baş komandan bütün istiqamətlərdə ola biləcək vəziyyətləri hərbi oyunların planında təsdiq edərkən nəzarətdən keçirir və 2-ci Qarabağ savaşına bir sərkərdə kimi idarəçiliyi öz əlinə aldı. Və 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etməyə qadir oldu. Verdiyi əks-hücum əmriylə xalqımızın çoxdan gözlədiyi bir tarixi əmrə imza atdı. Xalq da öz liderinin, Ali Baş komandanının ətrafında sıx birləşərək ona hərtərəfli dəstəyini göstərdi. Bir yumruq kimi birləşilərək düşmənin başı əzildi və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu”. /hafta.az/

 

T.Qafarlı

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Milli inkişaf strategiyasının hazırlanması - TƏDBİR

Hərbi qulluqçumuz faciəli şəkildə öldü

Minimum əməkhaqqı və minimum pensiya ilə bağlı GÖSTƏRİŞ

Sürücülər niyə hələ də avtomobillərini səkidə park edirlər?

Milli Məclisin sədri və müavinləri postuna namizədlərin ADLARI

Nüsrət Kəsəmənlinin xanımı elə faktı AÇIQLADI Kİ...

İsraildən “Hizbullah”a yeni hücum dalğası

"Coker: İki nəfərlik dəlilik” - FİLM

Əminə Yusifqızının doğum günüdür

Azərbaycan dövləti və xalqının gücü...

Pensiya və maaşdan başqa bu ödənişlər də ARTA BİLƏR

Tələbələrə kredit veriləcək?

FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR

Növbəti tədris müəssisəsində geyim QALMAQALI

Qaşınma tez-tez rast gəlinən ŞİKAYƏTLƏRDƏNDİR