DADP İlham Əliyevin təbliğat-təşviqat işlərinə başlayıb

15:33 26-03-2018 | icon 661 | Siyasət
DADP İlham Əliyevin təbliğat-təşviqat işlərinə başlayıb

Partiyanın İdarə Heyətinin növbəti iclası keçirilib

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda 11 aprel 2018-ci il tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlər əsas müzakirə obyekti olub və bununla bağlı partiyanın mövqeyi formalaşdırılıb, zəruri qərarlar qəbul edilib.

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) mətbuat xidmətindən Versus.az-a verilən məlumata görə, DADP-nin sədri Əlisahib Hüseynov iclasın gündəliyinə daxil olan məsələ barədə məlumat verib. Partiya sədri qeyd edib ki, prezident seçkiləri ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisə hesab edilir və bu baxımdan Demokratik Azərbaycan Dünyası Partiyası da artıq öz seçimini edib:

 

"Biz Demokratik Azərbaycan Dünyası Partiyası olaraq birmənalı şəkildə hazırki prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik və Azərbaycandakı ictimai-siyasi sabitliyin, əminamanlığın bundan sonra da davam etməsini istəyən hər kəsi məhz İlham Əliyevə səs verməyə çağırırıq".

 

İclasda çıxış edən digər natiqlər İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün yerlərdə təbliğat və təşviqat işlərinin aparılmasının vacibliyini vurğulayıblar. Bu məqsədlə də Sumqayıtda, Gəncədə, Qubada, Cəlilabadda, Abşeronda və digər yerlərdə DADP rayon təşkilatlarının fəallarının, eləcə də yerli sakinlərin iştirakı ilə Prezidentə dəstək toplantılarının keçirilməsi təşəbbüsü irəli sürülüb. İlk toplantının Abşeron rayonunda keçirilməsi qərara alınıb. Növbəti toplantı isə Quba rayonunda keçiriləcək. Toplantı iştirakçıları eyni zamanda 31 Mart soyqırımı qurbanlarının kütləvi məzarlığını da ziyarət edəcəklər.

 

DADP İdarə Heyətinin iclası konstruktiv, səmimi müzakirələr şəraitində keçib və yekdillik nümayiş etdirilib.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ