Partiya sədri: Əli Kərimlini istefaya səsləyin!

16:12 21-09-2019 | icon 502 | Siyasət
Partiya sədri: Əli Kərimlini istefaya səsləyin!

"AXCP mütləq şəkildə bütövləşməli, mübarizə təmərküzləşməli, Elçibəy sevərlər bir çətir altında birləşməli və Əli Kərimli istefaya getməlidir. Çıxış yolu budur!"

 

Versus.Az xəbər verir ki, bunu özünün "Facebook" hesabında AXCP sədri Razi Nurullayev yazıb. Partiya sədri vurğulayıb ki, ona Fuad Qəhrəmanlının ailəsində son baş verənlərlə bağlı həddindən artıq çox suallar ünvanlanıb:

 

"Hər kəs məndən Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı həyata keçirdiyi şiddətə münasibət bildirməyimi istəyir. Münasibət bildirməyə gecikmək səbəbim fürsət gözləyən damğasını önləmək idi. Çünki Əli Kərimlinin söyüş maşını ləkə yaxmaq, şər-böhtan atmaq, "satqın" damğası vurmaq üçün 24 saat ərzində pusquda yatır! Amma bu gün azad cəmiyyət qurmaq istəyən, qadına şiddətə qarşı olan hər kəs əlini daşın altına qoymalıdır.

Qadın nənəmiz, anamız, bacımız, həyat yoldaşımızdır. Onlara qarşı şiddətə və adət-ənənəmiz adı altında susmağa vadar etmə bağışlanılması mümkün olmayan günahdır. Xalqın təpgisi nəticəsində xalqın "qəhrəmanı", anti-qəhrəman oldu. Bəli xalq böyük qüvvədir və amansızdır".

 

Fuad Qəhramanlının halına acıdığını qeyd edən Razi bəy vurğulayıb ki, əslində F.Qəhrəmanlı da qurbandır, Əli Kərimlinin qurbanı:

 

"Fuad Qəhrəmanlını uzun müddət tanımışam və qızının yazdıqlarını oxuyanda şok oldum, əvvəlcə inanmadım. Sonra düşündüm, necə ola bilər ki, bu cür ağıllı, dərrakəli və işini bilən adam dönüb tiran oldu. Cavabını tapdım. Axı, mən də Əli Kərimli ilə bir olanda günüm-güzəranım yox idi, işim-gücüm onun tapşırıqlarını yerinə yetirmək, çıxışlarını, yazılarını tərcümə edib paylaşmaq, hər gün min yerə şərh yazmaq, status yazmaq, kimlərisə qaralamaq, bir neçə facebook profili işlədib, gizli adlarla opponentləri hədəfə almaq (şükür olsun uca Allaha ki, bunu heç zaman etmədim) idi. 10larla saxta Facebook profili işlədilməyə, 24 saat pusquda dayanmağa və Əli Kərimlini təbliğ etməyə dəmir belə dayanmaz. Bir Facebook profili belə insanı yorur və ailədən uzaqlaşdırır.

Xatırlayıram ki, 5-6 il bundan öncə Rəyasət Heyətinin iclasları Fuad Qəhrəmanlının evində keçirilirdi. Hər Şənbə günü onun ailəsi 20 nəfər süfrə açırdı və 20 nəfər onun evinin nizamını pozurdu. Çay, şirniyyat, mürəbbələr və s. Təbii ki, Əli Kərimlinin bu şəkildə istismarı çox ailələrə nifaq salıb, onları incidib və cəbhəçilərin beyinlərinə, düşüncələrinə pis təsir edib. Fuad Qəhrmanlı bir qurbandır və doğrusu onun halına çox acıyıram! Kaş ki, onun ailəsində bu hadisələr olmasaydı.

Adama ağır gələn odur ki, ən böyük günahlardan birini daşıyan, ailədaxili şiddəti gizləyən və onu neçə illər ərzində ört-basdır etmək üçün səylər göstərən, "qonşu arvad" funksiyasını yerinə yetirən Əli Kərimli yenə də özünü təmizə çıxarmaq üçün qurbanlar arayır".

 

Birinci növbədə istefaya getməli şəxsin Əli Kərimlinin özünün olmasını deyən R.Nurullayevin sözlərinə görə, Əlibəy bir faciəni, şiddəti uzun illər bilib, gizləyib və kömək etmək əvəzinə qurban tərəfləri susmağa vadar edib:

 

"Digər tərəfdən, yanında və rəhbərliyində təmsil olunan şəxslərdən hörmətli Seymur Həzini çıxmaq şərtilə, hər kəs bu şiddətə haqq qazandırıb və qazandırmaqdadır. Yalnız xalqın təzyiqi və təpgisi ilə geri çəkilirlər. Çünki Əli Kərimli belə istəyir! Fuad Qəhrəmanlını elə müdafiə edirlər ki, o daha da gözdən düşür, Əli Kərimli isə əzabkeş obrazı qazanır. Allah belə bunu götürməz! Bu gün onun qurban Fuad Qəhrəmanlı oldu. Hələ qurbanlar çox olacaq. Əli Kərimli elə bir kəsdir ki, özünü və adını qorumaq üçün millətin yarısını da qırğına göndərər, ölümə göndərər, həbsxanalara doldurar".

 

Sonda Razi Nurullayev cəbhəçilərə müraciət edib:

 

"Hörmətli cəbhəçilər, ayılın, keçmişinizə, əldə etdiklərinizə və itirdiklərinizə nəzər salın, etdiyiniz mübarizənin nəticəsini analiz edin və doğru yolu seçin. Doğru olan yol, Əli Kərimlinin istefaya getməsi və AXCP-lərin birləşməsidir.

Hər zaman etdiyim kimi, bu gün də səmimi, əzabkeş, məhrumiyyətlər yaşayan cəbhəçilərə, Elçibəy sevərlərə müraciət edirəm. Tarixi bir şans yaranıb ki, siz Əli Kərimlini istefaya vadar edəsiniz. Öz partiyasında azad sözü boğan, daxili diktatura yaradan, fərqli sözə dözüm göstərməyən, opponentlərini iyrənc yollarla sıradan çıxaran bir siyasətbaz siyasi səhnədən istefa verməlidir.

 

Əziz cəbhəçilər! Sizə müraciət edirəm. Əli Kərimli yükünü, şiddətini üzərinizdən atın və AXCP-lərin birləşməsinə nail olaq. Yalnız biz bu yolla hakimiyyətə qarşı ciddi müqavimət təşkil edə bilərik! Əli Kərimli onilliklər boyu hər kəsi hakimiyyətə işləməkdə günahlandırıb "satqın" adlandırıb, amma elə satqın onun özüdür. Əgər satqın olmasaydı, o da həbs olunardı, daha bir-iki saat tutulub sonra buraxılmazdı. Nelson Mandela 40 il həbsxanada yatıb ölkəni dəyişdi. Bir-iki saat polis idarəsində vaxt keçirib, mürəbbəli-limonlu çay içib evinə qayıdan siyasətçi səmimi ola bilməz.

 

Əziz cəbhəçilər! Mən Mandela olmaq iddiasında olmasam da birləşmiş AXCP və daha canlı, planlı müqavimət üçün onilliklər boyu həbsxanalarda da yatmağa hazıram. Gəlin, Elçibəy yadigarı AXCP-ni bütövləşdirək və Əli Kərimlini istefaya vadar edək.

Xalqın da üzərinə bu sahədə missiya düşür. Əziz ziyalılar, siyasətçilər, fəallar! Əli Kərimlini istefaya səsləyin!

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI