Səfərəliyev Gündüzün döyüş xatirələri silsiləsindən – ııı

09:30 29-10-2019 | icon 774 | Şəhidlər və şahidlər
Səfərəliyev Gündüzün döyüş xatirələri silsiləsindən – ııı

“Mayor dedi ki, Şeylanlıdan gələn yolu partlatmaq lazımdır”

 

(əvvəli bu linkdə)

 

 

...Biz Bülövlük kəndində qərara gəldik ki, briqadaya Zadir (ona Zaur desələr də, əsil adı Zadir idi) Rzayevin yanına gedək və bizi texnika ilə təmin etməyini xahis edək. Biz yola düsdük. Axsam düsəndə Ərikli kəndinə catdıq. Orada xeyli canlı quvvə və bir necə texnika da var idi. Səhəri gun mayor Əhmədov bizə bildirdi ki, texnika və əlavə canlı quvvə olacaq, siz geri qayıdın.

 

Və biz Bülövlük  kəndinə qayıtdıq.Toplar səhərisi gün “Qaşqa tələ”də qurasdırıldı. Və biz Pircahana qayıdası olduq. Bizim rota Pircahana getdi mən isə briqadadan UAZ maşınla gələn adını və vəzifəsini unutduğum Bakı ruslarından olan mayoru Qoşasuya, polislərin yanına apardım. Həmin adını unutduğum mayor mənə bildirdi ki, Şeylannı kəndindən gələn yolu partlatmaq lazımdır, cünki biz Lacına hücuma keçərkən o yol ilə dusmən bizim arxamiza keçə bilərdi. Mən Qosasuya getdim və oradan polislərlə həmin deyilən yerə getdik. Masında olan bir neçə mina ilə yolu tam partlada bilmədik və geri qayıtdıq. Səhəri günü mənim mamam oglu Əvəzin “Qaz 66” masını ilə xeyli mina ilə həmin yerə qayıtdıq, yolu dağıdib və ətrafdan keçilə biləcək yerlərə minalar basdırdıq. Sxemi cəkərək geri qayıtdıq. Həmin rus mayor mina qoyulan ərazinin çertyoju çəkilən sxemi  mənə verib briqadaya qayıtdı. Mən isə Pircahana gəlib o rus mayorun verdiyi sxemi olan kağızı mayor Əhmədova verdim...

 

Bizim döyüşçulər əvvəlki qaydada bir neçə gün postlarda nəzarət etdikdən sonra bizə belə bir əmr gəldi:

“Ağdərəyə getmək lazımdır, Kəlbəcər-Tərtər yolunu açmaq uçun orada canli quvvə azdır. Kəndi bir neçə dəfə boşaltsalar da canlı quvvə az oldugu üçün kəndi saxlaya bilmirlər”...

 

Bizim rotadan olan döyüşçülər getmək istəmədilər. Bir neçəsi ilə mübahisə etdikdən sonra mən içəri girərək öz silah və sursatımı götürüb çıxdım və Fizuli Rzaquliyevə bildirdim ki, mən bir əsgər kimi əmri yerinə yetirməyə hazıram. Uşaqlardan bir neçəsi mənimlə razılaşdı və sonra qərara alındı ki, gediriksə, hamımız bir yerdə gedəcəyik....

 

“Erməni postlarından bizi güclü atəşə tutmuşdular”


Və biz iki maşın - ikinci və üçüncü rota ilə yola düşdük. O vaxt Pircahana əlavə qüvvə gəlmişdi, onların içərisində Arif Paşayevin 811 nömrəli batalyonunun döyüşçüləri də var idi. Biz axşam düşəndə Kəlbəcərə briqadaya çatdıq. Səhərisi gün təxminən 20-25 nəfər Kəlbəcər rayonundan olan döyüşçüləri də Zadir Rzayev bizim rotaya əlavə etdi və bizə xeyli sursat verərək Ağdərə istiqamətinə yola saldı.  Biz səhəri gun Vaquas kəndinə qalxdıq.

 

Vaquasdan Vəng və Arutunumaqer kəndinə gedən yolu nəzarətə götürdük. Səhəri gün, avqust ayının 21-də saat 2-də  Arutunaqamer kəndinə hucuma kecəcəyimiz barədə əmr almışdıq. 2 tank və 1 şilka, bir neçə maşın bizim sərəncamımızda idi. Biz doyüsə hazırlasdıq. Sag tərəfdən yol ilə texnikanın, sol tərəfdən bizim meşə ilə hucuma keçəcəyimizlə bağlı mayor Əhmədov bizə məlumat verdi. Bu vaxt Fəxri irəli çıxaraq bildirdi ki, bu taktika düzgün deyil. Biz meşədən açıqlığa çıxarkən çoxlu itki verə bilərik.

Mayor Əhmədov bildirdi ki, bizim artilleriya kəndi daimi atəşdə saxlayacaq . Və biz dediyim kimi hucuma keçdik. Biz meşəyə girərkən kəndin  kənarındakı qəbiristanlığın yanından ermənilərin səngərləri və postlarından bizi güclü atəşə tutdular. Mən ağacın arxasında özümə döyüş mövqeyi seçmişdim. Məndən təxminən iki metr aralıda nazik bir ağacın arxasında dayanmış, əslən  Kəlbəcərdən olan oglanın qolundan və qıçından gullə dəydiyini gördüm.

Mən ona yaxınlaşa bilmədim, çunki mən dayandığım agaca həmin vaxt bir neçə gullə də dəydi. O agacın arxasında dayanmaq təhlukəli olduğu üçün yaxınlıqdakı yıxılmış boyuk ulas agacının dibindəki çalaya özümü atdım.

 

“Komandirimizin geri çəkilməklə bağlı əmrini eşidə bilməmişdik”

 

Bu vaxt həmin yaralını bizim uşaqlar geri apardı. Mən agacı aşıb onun dibində yaranmış dərin çalada olarkən Alməmmədov Füzuli də mənim yanıma gəldi. Biz oradan hərəyə bir neçə maqazin gullə atdıqdan sonra bizim döyüşçülərə komandirimiz Budağın geri çəkilməklə bağlı səsləndirdiyi əmri eşidə bilməmişdik. Gullə yağış kimi yağırdı. Füzuli  mənə bildirdi ki, susamışam. Mən ona su verdim və dedim diqqətlə mənə qulaq as, rota geri cəkilib, biz buradan çıxmalıyıq. Füzuliyə  dedim ki, yaxınlıqdakı  böyük agacın arxasına girməli  və sonra oradan cəld olaraq yola çıxmalısan. Füzuli bildirdi ki, bir yerdə gedək. Mən ona dedim ki, ikimiz agacın dalında yerləsə bilmərik. Bir-bir getmək lazımdır.  Bu vaxt ermənilərin atəsi bir az dayanmışdı. Füzulinin salamat yola çıxdığına nəzarət etdikdən sonra arxayın oldum ki, o, salamat, təhlukəsiz yerə çatdi. Mən də hazırlaşırdım ki, çıxam, bu vaxt təzədən gullə yağışı başladı. Hec agacın dibindən çıxmaq belə mümkün deyildi. Təxminən beş on dəqiqə atışma gedəndən sonra güllə səsləri kəsildi.

 

“Mən tanka yaxınlaşmaq istərkən...”

 

Atəs dayanmışdı. Mənim alt tərəfimdə təxminən on metr aşağıda bizim tanklar var idi. Sən demə qabaqkı tank minaya düşüb, arxada gələn şilkanısa vurublar, tankın yanındakılar isə ermənilərmiş.

 

Mən tanka yaxınlasmaq istəyərkən onların danışıqlarından basa düşdüm və yerimə qayıtdım. Təxminən iki uc dəqiqə ərzində vəziyyətdən necə cıxmağım barədə fikirləsdim. Ermənilərinsə məndən xəbərləri yox idi, maqazinləri tez dəyişmək ucun çıxardım və məndə olan iki qranatı döyüş vəziyyətinə hazırladım.

 

Meşə qalın oldugu üçün qranatı yuxarıdan atsam agaca dəyib yanıma düşəcəyini güman etdim. Agacların arası ilə sürünüb  aşağıdan tankın yanına,  yolun icinə  qumbaranı tulladım. Heç birinci qumbara partlamamış ikincisini də tullayıb özüm cəld hərəkətlə geriyə sıçrayıb oradan uzaqlaşdım. Yolu keçərək böyük bir daşın dalında mövqe tutdum. Bu vaxt yaxınlıqdakı daşın arxasında ikinci rotadan olan Sumqayıtdan gəlmis, əslən maştağalı olan, adını unutduğum oğlanla birgə bir neçə dəqiqə yola nəzarət etdik. Bizim uşaqlar ona “Hacı Əbdül” də deyirdilər. O, bildirdi ki, qabaqda bizimkilər var. Bu vaxt yol ilə 4-5 nəfərin bir yaralını gətirdiklərini gördüm, Mehdi də onlarla idi, yaralısa şilkanın sürücüsü idi. Onlara komək etdik və geri çəkildik. Mən usaqlarin yanına çatanda Füzuli məni görcək çox sevindi və qucaqladı...

 

(ardı var)

 

İgid Teymurlu
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili