Fonddan vəzifəli şəxslərin hesabatlılığını tənzimləyən qanunvericiliyə TƏKLİFLƏR PAKETİ

13:00 18-08-2023 | icon 652 | Cəmiyyət
Fonddan vəzifəli şəxslərin hesabatlılığını tənzimləyən qanunvericiliyə TƏKLİFLƏR PAKETİ

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi” layihəsinin icrasına başlayıb.

 
 
Versus.Az xəbər verir ki, Layihənin əsas məqsədi vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar hesabatlılıq mexanizminin yaradılmasına yardım göstərilməsidir.
 
 
Layihənin icra müddəti 3 aydır. Layihə çərçivəsində vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar hesabatlılıq mexanizmi ilə bağlı milli və beynəlxalq qanunvericiliyin analizi aparılaraq vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar hesabatlılığı tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanacaq. Təkliflər paketi aparıcı QHT və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilərək müvafiq dövlət orqanları və parlamentə təqdim olunacaq.
 
 
Dövlət qulluqçuları və vəzifəli şəxslərin gəlirlərinin açıqlanması korrupsiyanın səviyyəsinin azaldılmasında böyük təsirə malik olduğundan bu sahə təşkilatın prioritetlərindən biridir. Layihə fəaliyyətləri mövcud probemlərin həllinə qanunvericilyin təkmilləşdirilməsiylə yardım göstərilməsini nəzərdə tutur.
 
 
Aytac Ələkbərqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq