Başqa alternatimiviz qalmayacaq

18:55 24-02-2020 | icon 587 | Kürsü
Başqa alternatimiviz qalmayacaq

ELXAN ŞAHİNOĞLU

 

Heç bir dövlət qonşu dövlətlə sərhəddini kefindən bağlamır, hər bir dövlət öz vətəndaşını öldürücü virusdan qorumağa çalışır. Rusiya Çinlə strateji tərəfdaşdır, ortaq layihələr var, Moskva ilə Pekin Amerikanın liderliyinə qarşı birgə mübarizə aparırlar. Buna baxmayaraq, Rusiya birtərəfli qaydada Çinlə sərhəddini bağlamaq, gediş-gəlişi durdurmaq məcburiyyətində qalıb.

 

Öldürücü virusa görə Avstriya qonşu İtaliyadan hərəkət edən qatarları durdurmaq qərarına gəlib. İtaliyada öldürücü virus daha bir az yayılsa, o biri qonşuları da eyni qərarı verəcək və Avropada açıq sərhədlər prinsipi bir müddət işləməyəcək. Eyni sözləri Türkiyəyə aid etmək olar. Türkiyə İranla yanaşı Naxçıvanla sərhəddi bağlayıb. Bu məcburi qərardır. Jurnalist dostlarım gün ərzində mənə zəng edərək, Ankaranın qərarının narazılıq doğurduğuyla bağlı suallar verirlər.

 

Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ancaq Ankarada hesablayıblar ki, Naxçıvanın İranla sərhəddi tam qapanmayıb və beləcə xəstəlik İran-Naxçıvan sərhəddi üzərindən Türkiyəyə yayıla bilər. Hər bir dövlət kimi Türkiyə də öz vətəndaşını düşünmək məcburiyyətindədir. Eyni ilə biz də görsək ki, İranda öldürücü virusun miqyası azalmır, sərhəd müvəqqəti olaraq tamamən qapadılacaq. Başqa alternatimiviz qalmayacaq.

 

Əlbəttə, Naxçıvanın Türkiyə və Azərbaycanın İranla sərhəddinin qapadılması blokada şəraitində olan Naxçıvan əhalisinin və illərdir İrana keçib ucuz mal gətirən cənub bölgələrimizin əhalisinin sosial durumlarına mənfi təsir edəcək. Ancaq nə etmək olar, bu gün bütün dövlətləri düşündürən məsələ iqtisadiyyat, ticarət və turuzmdən əldə edilən gəlirin itirilməsi deyil, insanların həyatının öldürücü xəstəlikdən qorunmasıdır. Azərbaycan hökuməti sərhədlərin qapanmasıyla yaranan şəraitdə Naxçıvanın və cənub bölgələrinin əhalisinin sosial problemlərinin həlli istiqamətində əlavə tədbirlər planı hazırlamalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM