Yıxılana balta vurmayaq

19:24 02-03-2020 | icon 1571 | Kürsü
Yıxılana balta vurmayaq

Gülsüm müəlliməyə dəstək

ŞƏBNƏM CƏBRAYIL
/müəllimə/

 

Çox adam fəxrlə deyir ki, "bizim vaxtımızda inanmırdıq ki, müəllim yemək yeyir". Bu məntiqi heç vaxt anlaya bilməmişəm.

 

Gəlin bir şeyi qəbul edək ki, indi zaman o zaman deyil, indiki uşaqlar da o uşaqlar deyil. Müasir texnologiyalar ilə böyüyürlər. Onlar hələ məktəbə getməmişdən müəllimin yemək yediyini çox yaxşı bilirlər!

Qaldı ki, əylənməyə, düşünürəm ki, bu hər bir insanın, eləcə də müəllimin ən təbii haqqıdır...

 

Müəllim bütün problemlərini girdiyi sinif qapısının ardında qoymalıdır. Tam pozitivliyi ilə dərsə müsbət aura qatmalıdır ki, müsbət nəticə əldə etsin. Şagirdlə birlikdə gülməli, bəzən kədərlənməlidir...

Çünki bütün bu hislər insanlar üçündür.

 

İndiki dövr üçün müəllim şagirdin dostu, sirdaşı olmağı bacarmalıdır...


Gülsüm müəllimənin məşhur videosuna baxdım. Pozitiv insan təsiri bağışladı. İçimdə belə bir hiss var ki, onun yetişdirdiyi uşaqlar da ölkəmizə pozitiv əhval ruhiyyə yayacaqlar...

Bir sözlə Gülsüm müəlliməyə dəstək!!!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Məktəblərarası biologiya yarışması keçirilib

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

“4 kəndin qaytarılması faktı Qərbin bu niyyətlərini də gözündə qoydu”