Peşəkar Jurnalistlərlə Böyük görüş

19:03 21-07-2023 | icon 1419 | Cəmiyyət
Peşəkar Jurnalistlərlə Böyük görüş

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda Milli mətbuatın ana dilində nəşrə başlamasının 148 ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə QHT rəhbərləri, tanınmış media nümayəndələri, şəhid ailələri və iş adamları iştirak ediblər.

 

Tədbirin məqsədi təməli "Əkinçi" qəzeti ilə qoyulan və bu gün də davam etdirilən milli mətbuatın keşiyində dayanan media nümayəndələri ilə görüşmək və onların bayramlarını qeyd etmək olub.

 

Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı bildirib ki, 1875 ci il 22 iyulda görkəmli maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifələr açdı:

 

""Əkinçi" qəzetində dövrün görkəmli alim və ziyalılarının şeirləri, məqalələri çap olunub, geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunub. Müstəqillik yolu ilə irəliləyən və hərtərəfli inkişafı edən Azərbaycanda söz və mətbuat azadlığınının təmin olunmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz buna görə də mətbuatın dostu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq hər zaman dəqiq, qərəzsiz, lazımı məlumatları və baş vermiş hadisələri ictimaiyyətə çatdıran, otuz illik yurd həsrətindən, döyüş meydanında igidlik göstərən oğulların hünərindən, şəhidlərdən, qazilərin döyüş yolundan, əldə olunan böyük qələbədən yazan peşəkar Jurnalistlərlə bərabər olmağı özümüzə borc bildik".

 

Birlik sədri jurnalistlərə bu məsuliyyətli və şərəfli peşədə daha böyük uğurlar qazanmağı, azad, müstəqil və bütöv Azərbaycanın xoşbəxt gələcəyindən yazmağı arzulayıb.

 

Tədbirin sonunda dəvət olunmuş bütün jurnalistlərə Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən tərəfindən təsis edilmiş "Fəxri Diplom" və hədiyyələr təqdim olunub.

 

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi dəstəyə görə Azqgranata MMC və Ayan MMC nin rəhbərliklərinə xüsusi təşəkkür etdi.

 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq