“4 il keçəcək, qazın çəkisi 25 faizə qədər artacaq”

16:58 12-06-2018 | icon 114 | İqtisadiyyat
“4 il keçəcək, qazın çəkisi 25 faizə qədər artacaq”

 

 

İlham Şaban: “İqtisadiyyatımız güclənsə də, torpaqların işğaldan azad olunması siyasətimizin necə aparılmasından asılı olacaq”

 

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şabanın Versus.Az-a müsahibəsi

 

- İlham müəllim, bu gün Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən TANAP-ın Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Bu kəmər vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə, oradan da Avropaya nəql olunacaq. TANAP Avropaya qaz nəql edən Azərbaycan, eləcə də region üçün hansı dəyişikliyi vəd edir. Doğrudanmı bölgənin taleyi dəyişəcək?

 

- Həqiqətən də Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatında tamamilə yeni bir ab-hava yaradacaq. Əgər indiyə qədər iqtisadiyyatımızda təkcə neft məhsulları xüsusi çəkiyə malik idisə, bundan sonra qazın çəkisi ildən-ilə artacaqdır.

 

Məsələn, 2014 cü illərdə qazın xüsusi çəkisi 1,7-2 faiz arasında  idi. Bu il isə az müddət ərzində qazın xüsusi çəkisi 10 faizə yaxın, yəni 5 dəfə artıb. Ancaq cəmi 4 il keçəcək, qazın çəkisi 25 faizə qədər artacaqdır. Qaz artıq bizim ixracatda xüsusi çəkiyə malik olan bir əmtəəyə çevriləcək. Bax, onun xüsusi çəkiyə malik olan əmtəəyə çevrilməsi üçün də belə bir infrastruktur lazım idi. Bizim 2007-ci ildən indiyə qədər Bakı-Tiflis-Ərzrum qaz kəmərimiz var idi və çox məhdud həcmə malik qaz ixrac etməyə imkan verirdi. Yəni indiyə qədər ən maksimum həcmdə Türkiyəyə 6,5 milyon kub metr qaz ixrac etməyə imkanımız olub. Həmin qaz kəməri 7 milyard kub metr qazı ixrac etmək gücündə idi. Ondan əlavə bizim 2 milyard kub metr gücündə Dövlət Neft Şirkətinin “Qazıməmməd”, “Qardabani” kəmərimiz var. Bundan başqa bizim qaz ixracı imkanlarımız olmayıb. İndi isə birdən-birə bu həcmlərin üzərinə qeyd etdiyim kimi, 2021-ci ilin sonuna qədər 16 milyard əlavə  qaz həcmi gələ bilər. Bu imkanları bizə infrastruktur verir.  Artıq sonradan bu İnfrastrukturu genişləndirmə imkanı olacaq.  Bu infrastruktur 31 milyard kubmetrə qədər genişlənmək imkanı olur ki, bunun nəticəsində də digər yataqlardan hasil edilən Azərbaycanın qaz ehtiyatları bazara çıxarıla bilir. Ola bilər ki, İstər Avropada, istərsə də Türkiyədə onun alıcıları tapılsın.  Türkiyə sənaye şəhəridir, Türkiyə geniş bir bazardır. Bu Türkiyədə də ola bilər, Balkanlarda da, Mərkəsi Avropada da. Yəni danışıqlardan, potensial alıcılarlaAzərbaycan tərəfinin razılaşmasından asılıdır. Kimsə deyə bilər ki, bu infrastruktura 20 milyard vəsait xərclənib. Amma bunun üstün cəhətləri var. Sən infrastruktura vəsait yatırırsan və o vəsait nəticəsində sənin ixrac imkanların artır. Deməli, ümumilikdə neftin azalmağa doğru getdiyi bir zamanda bazara Azərbaycanın yaxın 10 illikdə daim artan yeni bir enerji məhsulu çıxır.

 

- Bəs, Avropanın Azərbaycana yönəlik münasibətlərində nələr dəyişəcək?

 

- Əgər biz özümüzün iqtisadi əlaqələrimizi genişləndiririksə və onun nəticəsində bu coğrafiyanı genişləndiririksə, münasibətlərimizi daha böyük səpkidə qururuqsa, ona olan münasibətlər də adekvat olmalıdır. Başqa bir tərəfdən də heç bir mənada bazardan aldığı mala görə kimsə ona tənzim etməli deyil. Sənə olan adekvat yanaşma sənin hörmətin, özünü aparmağın, töhfələrin hesabına olur. Yəni bazar münasibətləri var: biri alır, biri isə satır.

 

- Adətən bu cür layihələrdə bölgənin rahatlığı və inkişafından danışılarkən birinci növbədə Azərbaycana qarşı olan işğal faktının hansı formadasa aradan qaldırılması barədə düşünürük. Belə layihələrdə biz “torpaqlarımızın işğaldan azad edilməsində hansı təsirini göstərə bilər” sualının üzərində dayanırıq.

 

- Məsələn. 1994 cü ildə Azərbaycan xalqında, cəmiyyətində belə bir fikir var idi: neft müqavilələri hesabına torpaqlarımz geri qayıda bilər. Lakin neft, müqavilə və torpaqların geri alınması məsələsi, ümumi güclə düz müntənasib amil deyil. Torpağın geri qaytarılması və burada tələb olunan siyasətin aparılması  sırf cəmiyyətin öz üzvlərindən asılı olan bir məsələdir. Bu, iqtisadi məsələdir və ondan gələn dividentdən istifadə etmək cəmiyyətin özünün istəyidir. Bəli, siz bunu istəyə bilərsiz. Hökumət özü deyir ki, biz müstəqllik illərində iqtisadiyyata 232 milyard dollar vəsait cəlb etmişik. Bəli, belə bir vəsait cəlb olunub, indi 42 milyard ehtiyatımız var. Eyni zamanda qeyd oluna bilər ki, biz bu dividentdən torpqlarımzın işğaldan azad edilməsi üçün 50 milyard ayırıb onu götürə bilərdik. Ancaq cəmiyyət olaraq bu vəzifəni qarşımıza qoyduqmu? Biz əslində məsələyə amorg şəklində yanaşdıq. İqtisadiyyatımız güclənsə də, torpaqların işğaldan azad olunması siyasətimizin necə aparılmasından asılı olacaq. Biz bu prosesdə mövzunu tutaq ki, “ya Şahdəniz-2, ya Qarabağ” formasında irəli sürə bilmərik.

 

Gözəl Nəcəfli
Vesus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İxtisas seçimi bu gün başa çatır

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq