Müharibə olmasın, kimsə ölməsin deyənlər...

18:19 14-07-2020 | icon 738 | Köşə
Müharibə olmasın, kimsə ölməsin deyənlər...

Ölürlər axı, 18 yaşlı balalarımız ölürlər...

VÜSAL QARAYEV

 

Bir gün sizin də qapınız döyülə bilər. Və sülh şəraitində atanızın, övladınızın, ərinizin, qardaşınızın şəhid olduğu xəbərini alarsınız. Tanrı kimsəyə yaşatmasın bu acını...

 

Bu qədər eqoist olmayın. Məndən keçdi kimə dəyir dəysin. Müharibə istəmirsiniz, gözəl, istəməyək hamımız. Müharibə yoxdur, sülh şəraitidir, anaların ürəyinə od düşmürmü, anaların ciyəri yanmırmı, analar gözü yolda, səksəkədə hər an gələ biləcək qara xəbər gözləmirlərmi, övladlar, "ata, geri dönməlisən", deyib atalarının rəsminə sarılmırlarmı? Bütün ömrümüzü beləmi yaşayaq? Bir az da o əlində şəkil tutan övladları, tabut arxasınca nalə qoparan anaları da düşünün.

 

Müharibə olmasın, kimsə ölməsin, gözəl. Ölür axı, ölür, 18 yaşlı balalarımız ölürlər. Və bizim torpağımız işğaldadır. Haqqlı olan tərəf bizik. Torpaqlarımı bağşılayaq, budurmu təklifiniz? Çünkü danışıqlarla vermir düşmən torpağı. Müharibə olmasın, gözəl, bəs təklifiniz nədir?

 

Qoy mən ölüm, mənim həmyaşıdlarım, biz ölək, gedək vuruşaq, öldürək, ölək, biz övladlarımızın çiynində gedək, onlar bizim yox, bu işə son qoyaq, bu problemi balalarımıza miras qoymayaq. Onsuz da problemdən, qayğıdan başqa mirasımız yoxdur. 18 yaşlı balalarımız sülh şəraitində ölməsinlər. Mən ölüm, amma bitsin bu iş...

 

Vallah mənim əlimdə olsa dünyadakı bütün sərhədləri, dövlətləri, milli, dini, iqri problemləri aradan qaldırardım, bütün münaqişələrə, problemlərə son verərdim, müharibəsiz, qansız bir dünya qurardım... Amma REALLIQ...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ