DÖYÜŞ GENERALLARIMA MEYDAN VERİN

21:16 15-07-2020 | icon 1778 | Köşə
DÖYÜŞ GENERALLARIMA MEYDAN VERİN

Bizə məğlub durumu yaşadan rusların sürünən kölgələridir

İGİD TEYMURLU

 

Ermənistanın (daha doğrusu, Rusiyanın) Azərbaycan torpaqlarına növbəti hücumu bir çox nədənlərə işıq saldı. Və bu işığın fonunda sürünən kölgələrin qorxunc siması bizləri bir daha düşünməyə vadar edir.

 

Sığındıqları ölkəyə yarınmağa çalışan və özlərini sanki o ölkənin KOORDİNATORUYMUŞ kimi aparan bu kölgələrin dövlət və millət sevgiləri SAXTADIR. Və zatən bundan başqa bir şey deyil. Baş verən, deyilən və yazılan həqiqətləri eşidə bilməyəcək "qüdrəti"ndə olmayan, yaxud olmaq istəməyən rus çarının və onun generallarının yelpik daşıyanları bir uykunun içindədilər. Uykudaykən Şeytan adamı çox aldadır, sayın özünü kölgədə günə verən bəylər və xanımlar! Özünüzə hörmət edin ki, hörmətiniz yelpik tutan əliniz və cılız təfəkkürünüzlə bərbad olmasın. ANLADA BİLDİMMİ?..

 

30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğal altında qalması heç də Ermənistanın hərbi və siyasi gücünün göstəricisi deyil, birbaşa Rusiyanın düzənlədiyi oyunların məntiqi nəticəsidir. Atəşkəs dövründən indiyə qədər cəbhə bölgəsində baş verən insidentlər də Rusiyanın güclü və daha geniş imkanlara malik Azərbaycan faktorunu həzm edə bilməməsindən irəli gəlib. Rusiyanın əliylə işğal olunan Azərbaycan torpaqları bu gün də Rusiyanın əliylə düşmən tapdağında qalmaqdadır. Amma nə yazıq ki, torpaqlarımızın işğal edilməsində və işğal altında qalmasında biz xarici siyasətimizdə Rusiya faktorunu ya qabartmamışıq, ya da qabartmaq istəməmişik. Səbəb də Rusiyameyilli qüvvələrin Azərbaycanda daha geniş spektrdə təmsil olunmalarıdır.

 

Ermənistanın (daha doğrusu, Rusiyanın) Tovuz istiqamətində Azərbaycana qarşı növbəti təxribatı da deyilənləri bir daha göstərdi. Bu təxribatdan öncə Moskvada bəslənilən Surət Hüseynovun siyasi podiuma çıxarılması əslində baş verəcəklərin anonsu idi. Moskva Ermənistanın əliylə təxribatı gerçəkləşdirsə də, Azərbaycanda belə bir kritik situasiyada ortaya çıxan əsas nəsnə bundan ibarət oldu ki, hətta siyasi baxışlarından...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ