Bəlkə bir az dürsüt olaq?!

18:27 19-07-2020 | icon 2190 | Köşə
Bəlkə bir az dürsüt olaq?!

"Atam məni filan yerə saldıracaq" öyünməkliyi

ORXAN CƏBRAYIL

 

Varmı içimizdən biriləri ki, dürüstcə çıxıb desinlər ki, mən əslində hərbi xidmətə yararlıyam, amma zamanında valideyinlərim bir yalnış edib məni yararsız yazdırıblar. Bilmirəm bilirsiniz ya yox, Türkiyədə buna çürük deyirlər.

 

Və yaxud varmı içimizdən biriləri, çıxıb desinlər ki, zamanında mən hərbi xidmətə gedəndə valideyinlərim bir yalnış edib rüşvət verərək məni arxa cəbhəyə və yaxud təhlükəsiz yerə saldırdılar.

 

Bilirəm, bunlar elə şeylərdir ki, demək olmur, hazır ki, vəziyyətdə adamı utandırır. Amma zamanında "atam məni fılan yerə saldıracaq" deyib öyünənləri çox görmüşəm. Hansı ki, o fılan yerə düşmək bahalı bir maşın sürüb dost-tanışa hava atmaq kimi bir şey idi.

 

Xitab edərkən "içinizdən" yox "içimizdən" yazdım. Çünki bu elə bir problemdir ki, bütün toplumu əhatə edir.


Bütün hallarda son günlər könüllü hərbi xidmət üçün Hərbi Komissarlıqlara müraciət edən insanları təqdir edir və bu kampanyanı olduqca müsbət qiymətləndirirəm. Və arzu edirəm ki, hərbi xidmət baxımından toplumumuzda formalaşmış bir çox neqativ halların aradan qaldırılması baxımından əhəmiyyətli rol oynasın.

 

Məsələn: Bu gündən etibarən hərbiyə yararsız olduğumuz üçün əyri-üyrü yollara baş vurmayaq. Övladlarımızı hərbi xidmətə yola salanda onları arxa cəbhəyə, daha təhlükəsiz yerlərə saldırmaq üçün kimlərəsə tapşırtdırmayaq, rüşvət vermək üçün kimlərinsə arxasınca qaçmayaq.

 

Hə, nə deyirsiniz, bəlkə bir az dürsüt olaq?!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ