Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

10:29 08-08-2020 | icon 2680 | Köşə
Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Sadəcə, sevinməyə dəyər ki, yumşalmalar başladı

RAFAİL BECANOV

 

Yaxşı ki, yumşalmalar başladı. Adamın gözünə bir işıltı gəlir. Bir anlıq düşünürsən ki, həmişəki həyatımızı yaşaya biləcəyik. Ancaq bəzən deyilən hansısa fikir adamın gözünə görünən o işıltının qabağını kəsmək istəyir.

 

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış başqa birisi çıxıb deyir ki, 190 manat istəyənlərə 250 manatlıq iş təklif edirik, istəmirlər. Adam evdə ola-ola 190 manat ala bilərkən, niyə 60 manat əlavəyə görə özünü, evindəki uşağı, qocanı risk altında qoysun? Lap elə özünə niyə 60 manata görə əziyyət versin? Axı, biz hamımız aylardı o adamlara deyirik "evdəqal". İndi cəmi 60 manata görə ona "evdən çıxı" necə deyək?! O adamlara 300-400 manatlıq, 500 manatlıq iş təklif edilmir axı!


Çox çətindi... Sadəcə, sevinməyə dəyər ki, yumşalmalar başladı. Günəmuzd işləyənlərin bir qismi işinə çıxacaq. Evinə çörəkpulu aparacaq.

 

Güman edək ki, indiki durum saxlanılsa, insanlarımız da üzərlərinə düşəni məsuliyyətli şəkildə davam etsələr, günəmuzd işləyənlərin digər qisminin də üzünə günəş doğar. Yəni, onların da iş yerləri açılar. Kafelərdə-restoranlarda günəmuzd işləyənlərin, "Sədərək"də, "Binə"dəki arabaçıların və s... Elə yerli turizmin də, regionlarda şəhər camaatının hesabına dolananların da. Yol qırağında "şəhərlilərə" mer-meyvə satanlardan tutmuş evini kirayəyə verib qış üçün azuqə toplayanlara qədər...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq