VHP-nin VƏTƏN HARAYI

13:53 16-08-2020 | icon 2291 | Köşə
VHP-nin VƏTƏN HARAYI

VƏ MÜXALİFƏTDƏN OLAN LEYLƏK SƏDAQƏTLİLƏR

İGİD TEYMURLU

 

"Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc Rusiyadır". - Bunu mətbuata açıqlamasında VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ İcra Aparatının rəhbəri SAMİR ƏSƏDLİ açıq mətnlə bəyan edir. Ki, VHP-nin himnində deyildiyi kimi "...qalx ayağa millət, boğmasınlar səsimizi: bir bayraq altında birləşdir bizi". Azərbaycan parlamentində, qanunverici orqanda təmsil olunan, Xalq Hərəkatının Öndərlərindən olmuş Sabir Rüstəmxanlının başqanı olduğu bir partiyanın funksioneri öz məlum açıqlamasıyla deyir bunu...

 

Bu, sıradan bir partiyanın mövqeyi deyil! Bu, birbaşa VHP-nin mövqeyidir!

Bu, birbaşa Sabir Rüstəmxanlının mövqeyidir!

Bu, birbaşa qanunverici orqanda təmsil olunan siyasətçinin mövqeyidir!

Və tam şəffaf, doğru bir mövqe!

 

AMMA VƏ LAKİN... Maraq doğuran bir məqam var. Bir müxalif partiyanın aparıcı funksioneri tam haqlı olaraq torpaqlarımızın işğalında Rusiya imperiyasını çəkinmədən, açıq mətnlə ittiham edir. Buna münasibətdə həm ölkə mətbuatında aparıcı saytlar, həm ictimai-siyasi sferada olan şəxslər, həm vətənpərvərlikləri diletantlıqdan o yana keçməyən əksər mediya kapitanları və həm də ən əsası müxalif cərgədə dayanan siyasi institutların buna münasibətdə HƏMRƏYLİYİ, ortaq mövqe nümayiş etdirmələri yoxdur. Səbəb nədir?


BİRİNCİ VƏ ƏN ƏSAS SƏBƏB: bu hal Rusiyanın maraqlarına xidmət edən " kalon"un mövcudluğunu apaydın ortaya qoyur. İstər KİV olsun, istərsə müxalif qüvvə - kim ki, bu məsələyə münasibətdə seyirçi mövqedədirsə, kim ki, bu məsələdə özünü etibarlı sığınacağa veribsə, demək ki, Rusiyanın boynu xaltalı əl quzusudur.
IKİNCİ MƏQAM ondan ibarətdir ki, ortalıqda bir mənəm-mənəmlik iddiası var. Və bu mənəm-mənəmlik edənlərin yurdsevərliyi diletantlıqdan başqa bir şey deyil. Sadəcə olaraq, bu adamların əllərində olan informasiya resursları həmin siyasi institutların liderlərindən yalançı büt formalaşdırmağa imkan verib ki, məhz həmin bütlər də öz brakonyer niyyətlərini cəmiyyət üçün o qədər də anlaqlı olmayan intellektual dildə ortaya qoyub kütləni çaşdıra bilirlər.


MƏSƏLƏNİ BİR AZ DA XIRDALAYAQ: hansısa məsələdə Rusiya, yaxud İran, nə bilim Qərb bir parlament partiyasının funksioneri tərəfindən hədəf kimi göstərilib ittiham edilirsə, gərəkəkərsə həmin siyasi qüvvə həm mövcud iqtidarın, həm də qarşı tərəfin "hücumu"na məruz qalar. Amma sıradan bir müxalif partiyanın belə açıqlamaları dilə gətirməsi VHP-ylə müqayisədə onları daha az itkiyə məruz qoya bilər. Faktın özüsə göstərir ki, VHP bütün korporativ maraqlardan vaz keçərək dövlətçiliyimizə, millətçiliyimizə önəm verməklə Azərbaycan naminə özünü qurban vermək qüdrətini ortaya qoyub. Ancaq bir çox siyasi institutlarsa daha çox öz maraqlarını önə çəkib susmaqdadılar. Ancaq təəssüf doğuran məqam EL ÜÇÜN AĞLAYAN GÖZÜN AQİBƏTİdir. Bunlar olur "ana müxalifət", başqaları da ayrı adlar altında təqdim olunur. Sizlər ana yox, müxalifətin surroqat uşaqlarısınız, özünüzü tanıyıb...

 

ƏGƏR BELƏ OLMASAYDI, onda həmin institutlar da dərhal VHP funksioneri Samir bəyin səsinə səs verər və Azərbaycanımızın yaşadığı bu kritik situasiyada həmrəylik nümayiş etdirərdilər. Bu da olmadı..

 

LDATMAYIN MİLLƏTİ! DEMƏK Kİ, sizlərin müxalifətçiliyiniz dövlətçiliyimizə və millətçiliyimizə qarşıdır.
AMMA yurd sevdalılar o ÜMİDdədilər ki, "..açılan sabaha, günə Ümid var; Ümid olmayanda YENƏ ÜMİD VAR". Nicatımız Rusiyaya, İrana, Qərbə leylək sədaqəti göstərməkdə YOX, NİCATIMIZ VƏTƏNDAŞ HƏMRƏYLİYİNDƏDİR!


Kİ, çəkinmədən Samir bəy Əsədlinin diliylə bəyan edir ki, "Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc Rusiyadır", millət, ayağa qaxın!
Nədən qaxmırsınız?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq