Kənardan və daxildən ermənilərin törətdiyi təxribatlara baxmayaraq...

17:00 27-07-2023 | icon 680 | Müharibə
Kənardan və daxildən ermənilərin törətdiyi təxribatlara baxmayaraq...

Emin Həsənli: "Azərbaycan öz ərazi bütövlüyünü, təhlükəsizliyini təmin edəcək"

 

“Beynəlxalq maraqların hüququ üstələdiyi bir reallıqda hərbi qələbə çalıb, haqlı olduğunu sübut eləmək nadir hallardan birinə çevrilib. Bunu İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bacardı”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Emin Həsənli Prezidentin müşavirədə etdiyi çıxışı zamanı danışıqlar prosesində müsbətə doğru hərəkətin başlanmasında, Ermənistanın Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması və sərhədlərini qəbul etməsi ilə bağlı yer verdiyi mühüm nüanslara diqqət çəkərkən bildirib.

 

Ekspert Prezidentin ordu quruculuğuna xüsusilə toxunduğunu qeyd edib:

“Cənab prezident bildirib ki, orduya ayrılan vəsait davamlı olaraq artırılacaq, islahatlar davam etdiriləcək. Eləcə də müasir hərbi sənaye kompleksinin genişlənəcəyi, eləcə də Ordumuzun müasir silahlarla təhciz olunacağı deyilib. Bu çıxış dostlara da, düşmənləlrə də bir mesaj, xəbərdarlıqdır”.

 

Hərbi ekspert qeyd edib ki, Azərbaycan diplomatik, hərbi, siyasi sahədə çox böyük uğurlar əldə edir. Azərbaycan diplomatiyası Qarabağın və 30 il erməni işğalı altında qalan digər ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu bütün dünyaya, beynəlxalq qurumlara qəbul etdirib. Eləcə də BMT, Avropa Birliyi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hətta Ermənistan özü separatçı rejimin elan etdiyi Qarabağın müstəqilliyini tanıya bilmədi, haqsızlığı, işğalçı siyasəti ortaya çıxarıldı. Bu Azərbaycan diplomatiyasının uğurudur:

 

“44 günlük savaşda əldə olunan qələbənin ardınca diplomatik masada əldə edilən uğurlar davam edir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həm diplomatik, həm də hərbi sahədə əldə olunan qələbələr bir-birini tamamladı. Azərbaycan öz miqyasına uyğun güclü, peşəkar ordu qurub. 44 günlük müharibədən sonra bu proses daha da güclənib və dövlətin iki əsas prioritet istiqaməti var: Ordu quruçuluğu, Qarabağın və Şərqi Zəngəzurun bərpası. Bunu da Azərbaycan bacardı. Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayıb anklav ərazilərin yaradılmasını tam təmin edərsə, münasibətlər normallaşacaq. Əks halda, Dəmir Yumruq yerindədir”.

 

E.Həsənli kənardan və daxildən ermənilərin törətdiyi təxribatlara baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü, təhlükəsizliyini təmin edəcək:

 

"Ən ağır zamanlarda Azərbaycan dövləti, xalqı bir qarış torpağını belə heç kəsə güzəştə getməyib, Azərbaycanın ərzi bütövlüyü, müstəqilliyi heç vaxt danışıqlar mövzusu olmayıb, gələcəkdə də olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü qoruyacaq bunun üçün də hər zaman qüdrətlənməyi qarşısına məqsəd qoyub”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq