Dövlət Miqrasiya xidmətindən əcnəbilərə MÜRACİƏT

14:17 30-08-2021 | icon 998 | Gündəm
Dövlət Miqrasiya xidmətindən əcnəbilərə MÜRACİƏT

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan, yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

 

DMX-dən verilən məlumata görə, Nazirlər Kabinetinin 28 avqust 2021-ci il tarixli, 248 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılıb:

 

“Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək. Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (sentyabr ayı üzrə 4 və 5, 11 və 12, 18 və 19, 25 və 26 tarixlərində oktyabr ayı üzrə 2 və 3, 9 və 10, 16 və 17, 23 və 24, 30 və 31 tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər”.

 

“Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyən) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur”, - deyə məlumatda bildirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ