"Can Azərbaycanın zəfəri Şimali Kiprin, bütün Türk dünyasının zəfəridir"

17:30 13-10-2023 | icon 686 | Cəmiyyət
"Can Azərbaycanın zəfəri Şimali Kiprin, bütün Türk dünyasının zəfəridir"

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

Versus.az xəbər verir ki, ŞKTC-nın dövlət başçısı Şəhidlər Xiyabanını ziyarət edib və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxuyub. Eyni zamanda xatirə dəftərinə ürək sözlərinj yazıb.

 

Türk şəhidliyində də olan Ersin Tatar, sonra Fəxri Xiyabana gedib. Ümumilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib.

 

Şimali Kipr prezidenti bu gün Bakıda "Kuzey Kıbrıs Türk Cümhuriyyəti Mədəniyyəti və Təqdimat Günləri" çərçivəsində təşkil olunan sərgidə iştirak edib.

 

Öncə dövlət himnləri səslənib. Açılış mərasimində çıxış edən ŞKTC prezidenti Azərbaycana, Bakıya səfərindən məmnun qaldığını və qardaş ölkədə olduğundan qürur duyduğunu bildirib.

 

Şimali Kiprin uzun illərdir verdiyi mücadilədən danışan dövlət başçısı bu yolun çətin, amma şərəfli olduğundan söhbət açıb. Kuzey Kıbrısın müstəqilliyi uğrunda can verən şəhidlərin və mücadilə aparan liderlərin, qurucu cümhurbaşqanı Rauf Denktaşın xatirəsini yad edib.

 

Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət etdiyiini deyən Tatar, onun böyük bir siyasət adamı olduğunu , Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayıb.: "Oğlu, prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixii torpaqlarını geri qaytardı. Bu təkcə can Azərbaycanın zəfəri deyil, bütün Türk dünyasının zəfəridir. Bir daha can Azərbaycanı təbrik edirəm".
Türk dünyasının 300 milyonluq böyük bir ailə olduğunu bildirən prezident, Türkiyə, Azərbaycan, Şimali Kipr, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın və digər türkdilli ölkələr arasında qardaşlıq bağlarının daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırdı.

 

Azərbaycanla mədəni, təhsil, ticarət, turizm və digər sahələrdə əməkdaşlıqdan danışan E. Tatar, bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını dedi. Qarşılıqlı səfətlərin əhəmiyyətini vurğuladı.

 

Sonra ŞKTC-dan gələn rəqs qrupunun ifasında Kuzey Kıbrıs xalq rəqsləri təqdim edildi və.alqışlarla qarşılandı.


Daha sonra E.Tatar və iştirakçılar sərgi ilə yaxından tanış oldular.

 

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”