MTRŞ-nı Audiovizual Şura əvəzləyəcək

16:55 14-12-2021 | icon 415 | KİV
MTRŞ-nı Audiovizual Şura əvəzləyəcək

İsmət Səttarov: "İnternet TV o olacaq ki, gündəlik minimum 6 saat fəaliyyət göstərəcək"

 

“Media haqqında” qanun layihəsinə əsasən, Milli Televiziya və Radio Şurasının funksiyalarını Azərbaycan Respublikasının Audioviziual Şurası yerinə yetirəcək. Başqa sözlə, Milli Televiziya və Radio Şurasının adının Azərbaycan Respublikasının Audiovizual Şurası olaraq dəyişdirilməsi təklif olunur”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov bildirib.

 

MTRŞ sədri deyib ki, layihədə qurumun səlahiyyətlərinin artırılması nəzərdə tutulmur, sadəcə, Audiovizual Şuranın tənzimləmə sahəsi bir qədər geniş olacaq:

“Artıq könüllü olaraq “Media haqqında” yeni qanunauyğun olaraq fəaliyyət göstərmək istəyən internet telekanalların fəaliyyəti Audiovizual Şura tərəfindən tənzimlənəcək. Ancaq bu halda qurumun səlahiyyətinin artırılması, yaxud azaldılması məsələsi yoxdur”.

 

İ.Səttarov qeyd edib ki, internet televiziya anlayışı yeni, geniş anlayışdır:

“İnsanlar bəzən səhv salır, elə bilirlər ki, istənilən internet kanalı internet televiziyadır. Hansısa insanın bir videobloqu, şəxsi kanalı varsa, TV sözü yazmaqla dərhal bu kanal internet televiziya olmur. Qanun layihəsində konkret tələblər var. İnternet TV o olacaq ki, gündəlik minimum 6 saat fəaliyyət göstərəcək. Belə nümunələr də artıq var. Onlar da bizə müraciət ediblər ki, fəaliyyətləri qanunauyğun olsun. Biz də qərara gəlmişik ki, media subyekti kimi fəaliyyət göstərmək istəyən həmin kanallara imkan yaradaq. Ancaq internetin, kanalların bloklanacağı barədə deyilənlər əsassızdır. Lisenziya almayanlara gəlincə, internet üzərində onlar bu gün necə fəaliyyət göstərirlər, gələcəkdə də elə fəaliyyət göstərəcəklər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM