“Dalgalar və izler” CinemaPlus-da

14:46 26-01-2022 | icon 806 | Film
“Dalgalar və izler” CinemaPlus-da

CinemaPlus kinoteatrlar şəbəkəsində 27 yanvardan “Dalgalar və izler” türk dramasının nümayişi başlayır.

 

Versus.Az film haqqında qısa olaraq bildirir ki, həyat yoldaşının ölümündən sonra Suna və qızı Fundanın həyat imtahanı başlayır.

 

Sunanın bacısı və ya kobud anası onların yaralarını sağalda bilməz. O, əşyalarını sataraq sağ qalmağa çalışır. Dalğalar ana və qızın pis izlərini silməyə kifayət edəcəkmi?

 

“Dalgalar və izler” kimi olan filmlərə baxanda özünüzə sual verirsiniz ki, niyə bir-birinin ardınca həll olunmamış faciələri əks etdirən ağır dram filmləri çəkilir. Bu film qadınlara qarşı zorakılığa sosial diqqət cəlb etmək üçün çəkilib.

Qısa müddətdə Sunaya ömürlük problemlər verilir. Film dəbdəbəli evdə zorakılıq səhnələri ilə başlayır. Kadrda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Suna və onun qızıdır. Yoldaşını itirən qəhrəman qızı ilə birlikdə səyahətə çıxır.

 

Filmdə yoldaşı niyə öldüyü kimi mövzular yoxdur... Dalğalar və izlər Suna və qızı xoşbəxt olmaması üçün qarşısına daim maneələr qoyan bir labirintini xatırladır. Və bu labirint oyunu filmin sonunda göstərilir.

 

Filmin rejissoru Emre Kavuk. Baş rollarda Pelin Karahan, Cem Zeynel Kılıç və Meral Çetinkaya. Müddəti 120 dəqiqə. Yaş həddi 16+ “CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL