Reper indi də dərisini ağartmaq istəyir

11:38 05-02-2022 | icon 495 | Şou-biznes
Reper indi də dərisini ağartmaq istəyir

Amerikalı reper Lil Uzi Vert yeni açıqlaması ilə fanatlarını şoka salıb. O, dərisini ağartmağı planlaşdırdığını etiraf edib.

 

 

Reper bir müddət “Twitter”dəki avatarını Maykl Ceksonun şəklinə dəyişib. Görünür, musiqiçi Maykl Ceksonun nümunəsindən ilhamlanıb. Halbuki əfsanəvi müğənni bunu heç də şəxsi üstünlüklərinə görə deyil, sağlamlığına görə etməli olduğunu bildirmişdi  - Maykl Cekson vitiliqodan (dəri piqmentasiya pozğunluğu) əziyyət çəkirdi.

 

Lil Uzi Vert həmçinin bir vaxtlar dərisinin rəngini açmağa çalışan musiqiçi Vybz Kartelin şəklini də paylaşıb.

 

Qeyd edək ki, Lil Uzi Vert ötən ilin fevral ayında alnına brilyant implant etdirməsi ilə böyük səs-küy yaratmışdı. Sənətçinin dediyinə görə, 24 milyon dollarlıq (təxminən 40,8 milyon manat) dəyərli daş üçün pulu dörd il ərzində yığıb.

 

 

Sonradan reper brilyantı çıxartdırıb və ancaq konsertlərdə, festivallarda taxıb.

 

Lil Uzi Vert debüt “Money Longer”in mahnısı ilə dünya miqyasında tanınıb. 2017-ci ildə onun “XO TOUR Llif3” kompozisiyası ən yaxşı mahnıların ilk 10-luğunda düşüb.

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL