Putinlə Makron Qarabağı müzakirə ediblər

10:54 08-02-2022 | icon 296 | Dünya
Putinlə Makron Qarabağı müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında Moskvada aparılan danışıqlar 5 saatdan artıq davam edib.

 

Liderlərin görüşündən sonra birgə mətbuat konfransı təşkil olunub.

 

Tədbir zamanı Putin danışıqlarda Qarabağ məsələsinin də müzakirə olunduğunu bildirib. O, Rusiya sülhməramlılarının rolunun yüksək qiymətləndirildiyini, onların atəşkəs rejiminə əməl olunmasına nəzarət etdiklərini və bölgədə dinc həyatın bərqərar olmasına yardım göstərdiklərini vurğulayıb.

 

Həmçinin, Rusiya dövlət başçısı fransalı həmkarının onu Azərbaycan, Ermənistan və Aİ rəhbərlərilə birgə danışıqlarının yekunları barədə məlumatlandırdığını bəyan edib.

 

Fransa prezidenti Makron da çıxışı zamanı Azərbaycan - Ermənistan münasibətlərinə toxunub.

 

“Biz Azərbaycan və Ermənistan arasındakı münaqişə ətrafında da fikir mübadiləsi apardıq. Sevinirəm ki, səhər saatlarında səkkiz erməni hərbçi Azərbaycan tərəfindən Ermənistana təhvil verilib. Onları bizim tərəfimizdən ayrılan təyyarə İrəvana çatdırıb. Biz ötən cümə videokonfrans vasitəsilə cənab Əliyev və Paşinyanla itkin düşən şəxslər, qaçqınlarla bağlı məsələləri də müzakirə etmişik”, -  deyə o, bəyan edib.

 

Makron, həmçinin, rusiyalı hərbçilərin Azərbaycanla Ermənistan arasındakı sərhəddə oynadıqları mühüm rolu da yüksək qiymətləndirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar