Mədəniyyət Nazirliyində MALİYYƏ POZUNTULARI

18:17 10-02-2022 | icon 596 | Mədəniyyət
Mədəniyyət Nazirliyində MALİYYƏ POZUNTULARI

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötən il Mədəniyyət Nazirliyində apardığı nəzarət tədbirləri zamanı bir neçə müəssisə və təşkilata qabaqcadan ödənilmiş vəsaitlərin müqabilində material qiymətlilərinin alınmaması və xidmətlərin yerinə yetirilməsinə dair təsdiqedici sənədlərin olmaması, həmçinin bir xidmətin yerinə yetirilməsinə dair sənədləşmə aparılmaqla xeyli məbləğdə artıq vəsaitin podratçı şirkətin hesabına köçürülməsi, Nazirliyin tabeçiliyində olan mədəniyyət obyektlərinə satın alınaraq təhvil verilməsi nəzərdə tutulan material qiymətlilərinin xeyli hissəsinin həmin obyektlərə ümumiyyətlə verilməməsi və onların balansa qəbul edilməməsi nəticəsində büdcə vəsaitlərinin Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri tərəfindən təyinatından yayındırıldığı müəyyən edilib.

 

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda həmçinin deyilir ki, Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən yerinə yetirilməsi sənədləşdirilmiş bəzi xidmətlərlə bağlı aidiyyəti işçilər izahatlar təqdim edərək həmin xidmətlərin faktiki olaraq yerinə yetirilmədiyini və bu xidmətlərə görə özəl qurumlara köçürülən vəsaitlərin nağdlaşdırılaraq Nazirliyin məsul şəxslərinə verildiyini, sənədlərə isə tapşırıq əsasında imza etdiklərini bildiriblər.

 

Mədəniyyət Nazirliyinin sifarişləri əsasında tabeçiliyindəki mədəniyyət obyektlərində təmir-tikinti işlərinin aparılmasına dair sənədlərin yoxlanılması zamanı isə işlərin həcminin əsassız olaraq şişirdildiyi və podratçı şirkətlərə real iş həcmlərinin dəyərindən artıq böyük məbləğdə büdcə vəsaitinin köçürüldüyü aşkar edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR

Ukraynada vəziyyət...