“Bediməhəmmədov Nazarbayevin aqibəti ilə üzləşə bilər”

18:56 15-02-2022 | icon 607 | Dünya
 “Bediməhəmmədov Nazarbayevin aqibəti ilə üzləşə bilər”

 

 Türkmənistanda martın 12-də keçiriləcək növbədənkənar prezident seçkisi üçün seçki kampaniyasına start verilib. Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkinin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, vətəndaş qruplarına məxsusdur. Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürürlər. Maraqlıdır, Bediməhəmmədov seçkilərə qatılacaq?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən politoloq Turan Rzayev bildirib ki, hazırda Türkmənistanda üç siyasi partiya  -hakim Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası fəaliyyətdə.  Politoloq qeyd edib ki,  2017-ci ildəki seçkilərdə prezident vəzifəsinə 9 namizəd qeydə alınmışdı. Onlardan ikisi Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası üzvü üzvü, "Rısqal" aksioner-kommersiya bankının idarə heyətinin sədri Bekmırat Atalıyev və Türkmənistan Aqrar Partiyanın Marı vilayət komitəsinin sədri Durdıqılıç Oraz Türkmənistanın tarixində ilk dəfə olaraq, siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülmüşdü. O, budəfəki seçkilərdə də müxalifət partiyalarının namizədlərinin həmin şəxslər olacağını ehtimal edib.

 

 

T.Rzayev hesab edir ki, hakim Türkmənistan Demokratik Partiyasının namizədi bu il prezident Qurbanqulu Berdiməhəmmədov olmayacaq. 

 

“Belə ki, fevralın 11-də parlamentin yuxarı palatasında – Xalq Məsləhətində çıxışı zamanı dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib.

Q.Berdiməhəmmədov böyük həyat və siyasi təcrübəsini nəzərə alaraq, parlamentin yuxarı palatasında - Xalq Məsləhətində sədr kimi fəaliyyətini davam etdirmək istədiyini bəyan edib. Berdiməhəmmədov varisinin yerini möhkəmlətmək istəyir!  2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddətinin bitməsinə hələ iki il var. Aydın məsələdir ki, o gənc nəsil deyərək əslində ailə üzvlərindən biri, daha dəqiq oğlu Sərdar Berdiməhəmmədovu nəzərdə tutur. Prinsip etibarilə Türkmənistan Ali Nəzarət Palatasının başçısı, Dövlət Təhlükəsizlik Şurasının üzvü olan 40 yaşlı Sərdar Berdiməhəmmədov hazırda Türkmənistanda faktiki 2-ci şəxs sayılır.

Bundan başqa Sərdar Berdiməhəmmədov hələ keçən il baş nazirin müavini vəzifəsinə seçilib. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda da çalışıb.

Ölkə qanunvericiliyinə görə, Sərdar Berdiməhəmmədov yeni prezident seçilə bilər. Belə ki, Türkmənistanda doğulmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son 15 il ərzində Türkmənistanda daimi yaşayan və işləyən Türkmənistan vətəndaşı prezident seçilə bilər”.

T.Rzayev belə hesab edir  ki, Berdiməhəmmədov Nazarbayevin aqibəti ilə üzləşə bilər.

 

“Təbii ki, Berdiməhəmmədovun prezident postunu oğlu Sərdar verib parlamentin yuxarı palatasında - Xalq Məsləhətində sədr kimi fəaliyyətini davam etdirməsi istər-istəməz onun da sonunun Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə eyni ola biləcəyi ehtimallarını yaradır.

 

Qurbanqulu Berdiməhəmmədov əslində elə Qazaxıstan ssenarisindən qorxub bu addımı atır. Buna görə də hələ gücü yerindəykən varisini möhkəmlətmək istəyir.

Bu həm də türkmən xalqının başını qatmaq üçün atılan bir addımdır. Yeni prezident türkmən xaqlı üçün yeni ümid kimidir. Prinsip etibarilə Şimali Koreyadan sonra dünyanın ikinci totalitar ölkəsi olan Türkmənistan xalqı üçün alternativ yalnız mövcud iqtidarın yeni namizədi ola bilər. Ciddi bir müxalifətin olmadığı Türkmənistanda xalqın yeni prezidentə etimadı böyükdür. Bununla belə Qurbanqulu Berdiməhəmmədovun aqibətinin Nazarbayevlə eyni olması onun Kremlə qarşı atacağı addımlardan asılı olacaq”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL