ABŞ kəşfiyyatından XƏBƏR VAR

10:42 09-03-2022 | icon 440 | Dünya
ABŞ kəşfiyyatından XƏBƏR VAR

"Putin Ukraynaya hücumu sürətləndirir"

 

Rusiya Prezidenti Vladimir Putin beynəlxalq sanksiyaların yaratdığı hərbi uğursuzluqlara və iqtisadi çətinliklərə baxmayaraq, Ukraynaya hücumu gücləndirə bilər.

 

Versus.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatın direktoru Avril Haynes deyib.

 

Onun sözünə görə, Putinin bu cür uğursuzluqlardan çəkinməsi ehtimalı azdır və o gərginləşərək Ukraynanın tərksilahına nail olmaq üçün səylərini ikiqat artıra bilər:

 

“Gərginliyin bu qədər yüksək olduğu halda, "istəksiz eskalasiya" potensialı həmişə var. Putin indi qəzəbli və əsəbidir. Bu, Rusiya prezidentinin dinc əhali arasında itkilərə məhəl qoymadan Ukrayna ordusunu darmadağın etmək səylərini sözün əsl mənasında ikiqat artırmasına səbəb ola bilər. Putin öz məqsədlərinə necə nail ola biləcəyini artıq bilmir. 

Ukraynanın ələ keçirilməsi ilə bağlı vəsvəsəyə baxmayaraq, Putin qiymətli silahları qurban vermək istəmir. Putin rusların “Vinnitsa” hava limanını ən bahalı raketlərlə vurduqlarını eşidəndə hərbçiləri ağır cəzalandırıb. Çünki hava limanı Rusiyanın ehtiyatda olan 8 raketindən biri ilə vurulub. Putinə isə Rusiya işğalının tam mənzərəsi deyilmir. Onun Ukrayna əhalisinin demək olar ki, 100%-nin rus işğalçılarına mənfi münasibət bəslədiyini bilmədiyini düşünməyə əsas var. Məsuliyyəti üzərində olan insanlar belə şeyləri Putinə bildirməyə qorxurlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”