"Bergen" - QALA GECƏSİ

11:43 17-03-2022 | icon 1567 | Film
"Bergen" - QALA GECƏSİ

Türk kino ulduzları Bakıdadır

 

Bakıda "Park Cinema Flame Towers" kinoteatrında Türkiyə istehsalı olan "Bergen" filminin qala gecəsi keçirilib.

 

Versus.az xəbər verir ki, “Bergen” filmini Bakı tamaşaçılarına şəxsən təqdim etmək üçün Türkiyədən baş rol ifaçıları, populyar aktyorlar Farah Zeynep Abdullah, Erdal Beşikcioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və Ali Sechkiner Alıcı şəhərimizə təşrif buyurublar.

 

Əvvəlcə türk kinosunun ulduzları kameraların işartısı altında qırmızı xalı üzərindən keçdilər. Farah Zeynep Abdullanın Bakı premyerası üçün seçdiyi libas ictimaiyyətin diqqətini çəkib. O, bej rəngli kostyuma üstünlük verib. Fərəh Zeynep Abdullahın “dreadlocka” bənzəyən qeyri-adi saç düzümü ilə göründüyü, yaşıl kostyuma üstünlük verdiyi və obrazı qara əlcəklərlə tamamlayan filmin Türkiyədə təqdimat mərasimindən sonra pərəstişkarları aktrisanın üslubuna xüsusi diqqət yetirirlər.

 

Nadirə obrazını yaradan Nergis Öztürk Bakıda keçirilən qala gecəsinin qırmızı xalısına ağ jilet-libasda görünüb.

 

Farah Zeynep Abdullah yerli mətbuata müsahibəsində film üzərində işlərdən danışaraq, Bakı tamaşaçısının bəyənəcəyinə ümid etdiyini bildirib. "Biz bu filmi böyük sevgi ilə çəkdik və həqiqətən ümid edirik ki, bakılı tamaşaçılar bunu qiymətləndirəcəklər. Bu, istedadlı türk müğənnisi Bergenin həyatından və həyatının faciəvi mərhələlərindən bəhs edən bioqrafik filmdir", - Farah Zeynep Abdullah deyib.

 

Daha sonra aktyorlar kinozalda tamaşaçılarla birlikdə filmə baxıblar. Film ötən əsrin 80-ci illərinin türk estradasının kult personajı, türk arabeskinin kraliçası türkiyəli müğənni Bergenin (1959-1989) həyatından bəhs edir.

 

Bergen 1959-cu ildə Mersində anadan olub. 7 uşaqlı ailənin ən kiçik uşağı idi. Valideynlərinin boşanması onun həyatını kökündən dəyişir. Onun anasından başqa heç kəsi yox idi və atanın yoxluğu onda dərin bir boşluq yaratmışdır. Konservatoriyaya daxil olur, sonra Ankaraya gedir və orada yerli klublardan birinin ulduzuna çevrilir. O, həyat yolunda Halis adlı bir kişi ilə tanış olur, onunla evlənir və bundan sonra həyatı davamlı hücum və zorakılıqla əsl cəhənnəmə çevrilir. Qısqanc ərinin onun üzünə atdığı turşu Bergenin bədəninin bir hissəsini və sağ gözünü həmişəlik olaraq eybəcərləşdirir... Bir neçə əməliiyyat nəticəsində Bergen, az da olsa, özünə gəldikdən sonra yenidən səhnəyə qayıdır.

 

Qeyd edək ki, Farah Zeynep Abdullah bakı tamaşaçına "Məsumlar Apartmanı", "Kurt Seyit ve Sura", "Muhtesem Yüzyil: Kösem" və s. kimi məşhur seriallardakı rolları ilə yaxşı tanışdır.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL