Belarusdan məşqçi gətirildi

12:29 14-04-2022 | icon 509 | İdman
Belarusdan məşqçi gətirildi

Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski Bakıda səfərdədir. Tanınmış məşqçi bir müddət gənc və yeniyetmə şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası həmin yığma komandaların hazırlıq səviyyəsini artırmaq üçün Mixail Şereşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.

 

Hazırlıq şahmatçıların fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.

 

Qeyd edək ki, MDB məkanında tanınan məşqçi M.Şereşevski 1950-ci ildə Minskdə anadan olub. Karyerası ərzində Belarus çempionatının mükafatçısı olub, dəfələrlə ölkəsində milli komandaya cəlb olunub. M.Şereşevskinin yetirmələri arasında İlahə Qədimova, Aleksey Aleksandrov, Yelena Zayats kimi şahmatçılar var.

 

Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, sabiq dünya çempionu Vladimir Kramnik, şahmat tacı uğrunda görüşdə iştirak etmiş Boris Qelfand kimi şahmatçılar Mixail Şereşevskinin kitablarını yüksək qiymətləndirib, gənc nəsil üçün misilsiz təhlil adlandırıb. Son illər M.Şereşevski Kramnikin Soçidə yerləşən “Sirius” şahmat məktəbində böyük məşqçi kimi fəaliyyət göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA