Allergiyanın bilinməyən qeyri-səciyyəvi SİMPTOMLARI

06:52 22-04-2022 | icon 346 | Sağlamlıq
Allergiyanın bilinməyən qeyri-səciyyəvi SİMPTOMLARI

Baharın gəlişi və müxtəlif bitkilərin aktiv çiçəkləmə dövrünün başlanması ilə allergiyadan əziyyət çəkən insanların çətin günləri başlayır.

 

Allergiyanı adətən burun axması və asqırma, dəri və selikli qişalarda qaşınma ilə ayırd etmək mümkündür. Lakin allergiya daha az səciyyəvi simptomlarla da özünü göstərə bilər. Bu barədə allerqoloq-immunoloq Yekaterina Çernışova bildirib.

 

Mütəxəssisin sözlərinə görə, allergik xəstələrdə həmçinin qida pozğunluqları, virus infeksiyaları və hətta psixi xarakterli xəstəliklər belə müşahidə oluna bilər:

 

“Belə ki, uzun sürən allergik xəstəlik depressiya və nevrozla da nəticələnə bilər. Qida allergiyası zamanı ürəkbulanma və qusma, qarında ağrılar, qəbizlik və ya ishal, gəyirmə və mədə qıcqırması kimi simptomlar müşahidə oluna bilər. Allergik konyunktivit isə gözlərdə ağrı, fotofobiya (işığa qarşı həssaslıq) və lakrimasiya (göz yaşı axıntısı) ilə müşayiət oluna bilər. Allergiyanın qeyri-səciyyəvi simptomları sırasında həmçinin qan təzyiqinin azalması və ya artması, həmçinin bədən istiliyinin artmasını da söyləmək olar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Ukraynada vəziyyət...