Böyrək daşlarının tökülməsi üçün qarışım

02:38 25-04-2022 | icon 363 | Sağlamlıq
Böyrək daşlarının tökülməsi üçün qarışım

Böyrək daşı xəstəliyi insanlarda ən güclü ağrı ilə müşayət olunan xəstəlikdir. Böyrək daşlarından bir çox insanlar əziyyət çəkir.

 
 
Müasir tibbdə müxtəlif tibbi vasitələrlə böyrək daşlarından azad olmaq vasitələri var. Amma, tarix boyu bu daşlardan təbii vasitələrlə qurtarmağa çalışmış və yaxşı nəticələr əldə etməşlər.
 
 
Böyrək daşları orqanizmdə kalsiumun çoxalması və böyrəklərdə yığılıb qalması səbəbindən baş verir. 80% daşların əmələ gəlməsi kalsium mübadiləsinin pozulması səbəbindən əmələ gəlir. Kalsium tərkibli daşlardan başqa fosfat və oksalat tərkibli daşlar da böyrəklərdə əmələ gələ bilir ki, bunlar da vaxtında tökülmədikdə böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Çikaqo Universitetinin uroloqları sitrus meyvələrinin böyrəklərdə əmələ gələn daşların tökülməsinə səbəb olduğunu sübut etmişdir.
 
 
Limon - tərkibində ən çox sitrat olan sitrus bitkisidir. Onun tərkibində böyrək daşlarının tökülməsini sürətlndirən ideal vasitələr var. Limondan istifadə etdikdə sidiyin tərkibində sitratın midqarı artır və kalsium daşları parçalanır. Limon şirəsinin zeytun yağı ilə qarışığı isə daşları parçalayaraq düşməsini asanlaşdırır. Limon şirəsi və zeytun yağı qarışımı böyrək daşlarının tökülməsi üçün ən yaxşı vasitə hesab edilir. Bunun üçün aşağıdakılar lazımdır:
 
 
* zeytun yağı - 2 xörək qaşığı
 
* limon şirəsi - 2 xörək qaşığı
 
* limon yağı - 2 damcı
 
* su - 1 stəkan
 
 
2 xörək qaşığı limon şirəsinin üzərinə 2 qaşıq zeytun yağı əlavə edilir. Sonra limon yağı damızdırılıb qarışdırırlır. Qarışım içildikdən sonra 1 stəkan ilıq su qəbul edilir. Bu prosedur gün ərzində 3 dəfə təkrarlanır və gün ərzində çoxlu su içilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Ukraynada vəziyyət...