Bu xəstəlikdə də irsi meyillik QAÇILMAZDIR

15:00 25-05-2022 | icon 784 | Sağlamlıq
Bu xəstəlikdə də irsi meyillik QAÇILMAZDIR

Nərminə Abbasova: “Çoxları bunu podaqra xəstəliyi ilə səhv salır”

 

Günümüzdə sıx rastlanan deformasiyalardan biri də tibbi dildə dediyimiz “Hallux Valgus” deformasiyasıdır. Halluks valqus nədir?

 

Xəstəliklə bağlı Versus.Az-ın oxucularını ailə həkimi, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA ilə birgə məlumatlandıracağıq.

 


Nərminə Abbasova öncə Hallux valgusun necə bir xəstəlik olmasından danışdı:

 

“Hallux Valgus - ayaqdarağı-falanqa oynağında pəncənin birinci barmağının valqus deformasiyasıdır. Deformasiya nəticəsində barmaq xaricə doğru əyilir. Bu xəstəlik insanlar arasında daha çox podaqra xəstəliyi ilə səhv salınır. Əsasən qadınlarda rast gəlinən patologiya yeriş, görüntü pozğunluğuna səbəb olur. Xəstəlik baş barmağın ən çox rast gəlinən patologiyasıdır. Çox xəstələrdə hər iki ayaqda rast gəlinir”.

 

Həkim qeyd etdi ki, sözügedən xəstəlik qadınlarda kişilərlə müqayisədə 10 dəfə çox aşkar olunur. Ehtimal olunur ki, belə bir fərqin səbəbi qadınların bağ aparatının zəifliyi, narahat, dar və hündürdaban ayaqqabılar geyinməsi ilə əlaqədardır:

 

“Deformasiyanın inkişafının əsas səbəbi, adətən, birləşdirici toxumanın yetərsizliyidir. Bu, köndələn yastıpəncəlik, oynağın həddən artıq hərəkətliliyi, varikoz xəstəliyi, bağ, fassiya və dərinin çox dartılması nəticəsində meydana çıxa bilər. Bu xəstəlikdə irsi meyillik də qaçılmazdır. Bir qayda olaraq, xəstənin yaxın qohumlarında (ana və ya nənə) da bənzər deformasiya aşkar olunur”.

 

 

Həkim vurğuladı ki, figər faktorlar, məsələn, hündürdaban, narahat, dar və ya kiçik ölçülü ayaqqabılar geyinmək ikincili amillərdir və Halluks valqusun formalaşmasına təkan verir:

 

“Hallux valqusun ikinci qrup səbəbləri – anadangəlmə deformasiyalar, pəncənin travmaları, baldır və pəncə əzələlərinin sinir təchizatının pozulması ilə müşahidə olunan bir sıra xəstəliklərdir. Bir sözlə, xəstəlik geniş yayılmışdır və bütün yaş dövrlərində meydana çıxır.

Qeyd edim ki, intrinsik, yəni daxili faktorlar kimi həm də distal metafizial artikulyar bucağın artmasını, bağların əsnəkliyini, ikinci barmağın deformasiyası və ya amputasiyasını, revmatoid artrit və serebral iflici göstərmək olar”.

 

 

N.Abbasova bildirdi ki, xəstəliyi klinik olaraq dəyərləndirmə zamanı ilk öncə xəstəliyin tarixçəsini öyrənmək çox önəmlidir:

 

 

“Fiziki müayinədə baş barmağın medial hissəsində qabarıqlıq, dəri və bursal şişkinlik, qıcıqlanma, qızartı, hərəkətlərdə məhdudiyyət və hərəkətlər zamanı ağrı müşahidə olunur. Xəstələri müayinə edərkən onların yerişinə diqqət etmək lazımdır. Xəstələrdə Hallux Valgusun ağırlıq dərəcəsi və yastıayaqlığın olub olmaması dəyərləndirilir. Eyni zamanda xəstənin topuq oynaqları, subtalar, tarsal və metaso falangial oynaqları dəyərləndirilməlidir”.

 

Həkim deyir ki, xəstələrdə radioloji sadə ayaq rentgenoqrafiyası çəkilir. Rentgen müayinədə ayaqdakı oynaqların vəziyyəti ümumi dəyərləndirildikdən sonra Hallux valgus bucağı ölçülür:

 

“Normalda 15 dərəcənin altında olur. Bucaq 1-ci metatarsal shaft oxu ilə 1-ci barmağın proksimal falanqasının oxu arasında çəkilən xətlərin kəsişdiyi yerdə əmələ gələn bucaq götürülür. Eyni zamanda digər parametrələr də nəzərə alınır”.

 

 

Xəstəliyin müalicəsinə gəlincə, həkim-terapevt bildirdi ki, bu xəstəlikdə iki növ müalicə var - konservativ və operativ, yəni cərrahi:

 


“Konservativ müalicədə xəstənin yaşı, cinsiyyəti, peşəsi, həyat şəraiti, həkimin dinamik nəzarətində olma şansı və sair kimi parametrlər nəzərə alınmalıdır. Eyni zamanda, ayaqqabının formasını dəyişdirmə - yəni dikdaban geyinilirsə, düz daban ayaqqabıya keçilməli və yaxud dar ayaqqabını nisbətən geniş ayaqqabıya dəyişmək, şişkinlik olan hissəyə xüsusi silikon yastıqların qoyulması, ortezlər istifadə olunmalıdır. Xüsusi hallux valqus gecə ortezləri xəstələrin şikayətlərinin azalmasına
köməklik edir.

Cərrahi müalicəyə gəlincə, 100-dən çox cərrahi metodla düzəldilməsi mümkün olan deformasiyanın ən çox yayılmış metodlarından Akin osteotomiyası, Proksimal və distal metatarsal osteotomiya, Mc Bride proseduru, Lapidus və sair mümkündür. Məqsəd baş barmağın deformasiyasını düzəltmək, mediala doğru qabarmış şişkinliyi aradan qaldırmaq, konfortlu yerişin və estetik görünüşün bərpa olunmasıdır. Təbii ki, bu əməliyyatın da bir çox ağırlaşmaları var. Ən çox rast gəlinən təkrar deformasiyanın əmələ gəlməsidir. Buna səbəb cərrahi sərişdəsizlik və xəstənin tövsiyyələrə düzgün riayət etməməsidir. Basqa bir ağırlaşma “Avaskulyar Nekroz” olma riskidir ki, bu da cərrahi əməliyyat zamanı qidalandırıcı arteriyaların zədələnməsindən qaynaqlanır. Eyni zamanda sümükdə gec bitişmə və ya bitişməmə, artralgiya, neyropraksiya, hallux vargus deformasiyası əmələ gələ bilər”.

 

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova ayaqlarda yaranan hallux vargusdan əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Ukraynada vəziyyət...