Ordubadda güclü qasırğa

10:44 07-06-2022 | icon 370 | Hadisə
Ordubadda güclü qasırğa

Damlar uçdu, işıq dirəkləri aşdı

 

Ötən gündən başlayaraq əsən güclü külək Ordubad şəhərində və rayonun bir sıra kəndlərində fəsadlar törədib.

 

Versus.Az xəbər verir ki, külək fərdi evlərin, yaşayış binalarının dam örtüklərinə ciddi ziyan vurub, elektrik verilişində fasilələr yaranıb.

 

Fəsadlar əsasən Ordubad şəhəri və rayonun Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kotam, Dəstə, Parağa, Gənzə, Nüsnüs, Aşağı Əylis və Yuxarı Əylis kəndlərində və Şəhriyar qəsəbəsində qeydə alınıb. Bir neçə dəqiqə davam edən küləyin təsirindən 68 iri gövdəli ağac aşıb, 114 ağaca ziyan dəyib. Külək Ordubad şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus 91 yaşayış evinin və iki yaşayış binasının dam örtüyünə ciddi ziyan vurub.

 

Güclü küləyin fəsadları rayondakı bir sıra təsərrüfatlarda da qeydə alınıb. Əylis kəndində fəaliyyət göstərən broyler müəssisəsinə ciddi ziyan dəyib.

 

Həmçinin güclü külək rayonun elektrik təsərrüfatına da təsirsiz ötüşməyib. 40 işıqlandırma dirəyinin aşması nəticəsində Ordubad şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb. Küləyin təsirindən aşan ağaclar 10 yerdə qaz xəttinə ziyan vurub.

 

Hazırda rayon İcra Hakimiyyəti və aid qurumlar tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır. /APA/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR

Ukraynada vəziyyət...