Şamaxıda YANĞIN

11:11 09-06-2022 | icon 525 | Hadisə
Şamaxıda YANĞIN

Azyaşlı bacı-qardaşın vəziyyəti ağırdır

 

Şamaxıda baş vermiş bədbəxt hadisə nəticəsində azyaşlı bacı-qardaş ağır yanıq xəsarətləri alıblar.

 

Versus.Az xəbər verir ki, bu barədə Oxu.Az-a onların anası Ülviyyə Niyazova məlumat verib.

 

O bildirib ki, uşaqları – altı yaşlı Niyazov Elvin və səkkiz yaşlı Niyazova Təranənin vəziyyətləri ağırdır:

 

“Hadisə iyunun 4-ü baş verib. Evdə qaz balonundan istifadə edirik. Uşaqları evdə qoyub marketə getmişdim. Bir də uzaqdan gördüm ki, ev yanır. Yanğınsöndürənlərin və qonşuların köməkliyi ilə uşaqları evdən çıxardıq. Onların oradan çıxması möcüzə idi. İndi qızımın vəziyyəti daha ağırdır. İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib”.

 

Ü.Niyazova qeyd edib ki, uşaqlar təcili Şamaxıdan Bakıya aparılmalıdırlar. Amma hazırda maddi dəstəyə ehtiyacı var:

 

“Həyat yoldaşım çobandır. Hadisə zamanı o da örüşdə olub. Evimizdən heç nə qalmadı. Hər şey yandı. Heç olmasa, balalarım ayağa qalxsınlar. Həkimlər deyirlər ki, burada onların sağalmağı üçün şərait yoxdur. Bakıya göndərəcəklər. Xeyirxah insanlardan bizə yardım etmələrini xahiş edirəm”.

 

Əlaqə nömrəsi: Ülviyyə Niyazova (ana) +994 51 660 76 38

Milliön: Bank Respublika - Hesaba mədaxil - 2243 4330 -AZE 00093898 

Kart-to-kart: 5235 2222 2243 4330

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL