Vətəndaşların DİQQƏTİNƏ

16:43 13-06-2022 | icon 467 | Sosial
Vətəndaşların DİQQƏTİNƏ

“Azərsu”nun saxta əməkdaşı peyda oldu

 

Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

 

Qurumdan Versus.Az-a verilən məlumata görə, özünü Vüsal kimi təqdim edən həmin şəxs Nəsibə Zeynalova küçəsi 1, ünvanında yaşayan abonentdən debitor borcun ləğv edilməsi və su sayğacının dəyişdirilməsi müqabilində pul tələb edib.

 

Həmin şəxs abonentə bildirib ki, 80 manat ödəniləcəyi təqdirdə su sayğacı yenisi ilə əvəz olunacaq və borcu tamamilə sıfırlanacaq.

 

Abonent bununla əlaqədar Abşeron Sukanal İdarəsinə müraciət edib, Vüsal adlı şəxsin görüntülərini təqdim edib. Abşeron Sukanal İdarəsi tərəfindən faktla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

 

Qurum bir daha abonentlərin diqqətinə çatdırır ki, belə hallarla qarşılaşdıqda, ilk növbədə, həmin şəxslərdən vəsiqə tələb etsinlər, heç bir halda onlara nağd pul ödəməsinlər. Vətəndaşlara bununla bağlı dərhal 955 Zəng Mərkəzinə məlumat verilməsi tövsiyə olunur.

 

Qurum tərəfindən istehlakçıların diqqətinə çatdırılıb ki, əhali abonentləri üçün sayğaclar dövlət vəsaiti hesabına quraşdırılır və işlək vəziyyətdə olmadıqda yenisi ilə əvəz edilir. Sayğacın dəyişdirilməsi isə debitor borcun silinməsinə və ya azaldılmasına heç bir təsir etmir.

 

“Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər”, - məlumatda qeyd edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR

Ukraynada vəziyyət...