Türkiyə İsveç və Finlandiyadan cavab gözləyir-M.Çavuşoğlu

08:07 16-06-2022 | icon 385 | Dünya
Türkiyə İsveç və Finlandiyadan cavab gözləyir-M.Çavuşoğlu

 

 

NATO-ya üzvlük məsələsinə dair Ankaranın tələblərinə İsveç və Finlandiyadan alınmış cavablar Türkiyə tərəfinin gözləntilərinə cavab vermir.

 

 

Versus.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib.

 

 

"Biz müvafiq sənədləri NATO-ya və iki ölkəyə göndərmişik. Aldığımız sənədlər bizim gözləntilərimizdən uzaqdır. Biz yenilərini göndərmişik və onlara cavab gözləyirik. Top indi onlar tərəfdədir", - Mövlud Çavuşoğlu belə deyib.

 
 

Xatırladaq ki, Türkiyə İsveç və Finlandiyadan terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstəyini bəyan etmələrini və bu barədə müvafiq qanunvericilik aktları qəbul olunmasını tələb edir. Həmin ölkələr öz ərazilərində PKK ilə əlaqəli bütün təşkilatları, eləcə də onların aktivlərini və media resurslarını bağlamalıdır. Bundan başqa, Stokholm və Helsinki müdafiə sənayesi məhsullarına qoyulan embarqonu aradan qaldırmalı və terrorçularla əlaqəsi olan şəxsləri Türkiyəyə ekstradisiya etməlidir.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Stokholm və Helsinkinin terror təşkilatlarına, əsasən də PKK və PYD/YPG-yə, həmçinin Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan Fətullah Gülən tərəfdarlarına münasibətini müəyyənləşdirənə qədər Ankaranın İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləməyəcəyini dəfələrlə bəyan edib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA