Böyrək daşları istənilən yaşda və cinsdə üzə çıxa bilər, lakin...

12:00 02-09-2022 | icon 720 | Sağlamlıq
Böyrək daşları istənilən yaşda və cinsdə üzə çıxa bilər, lakin...

Nərminə Abbasova: “Kişilərdə böyrək daşlarına qadınlara nisbətən üç dəfə çox rast gəlinir”

 

Versus.Az-ın ailə həkimi, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA bu dəfə oxucularımızı böyrək daşı xəstəliyi ilə bağlı məlumatlandıracaq.

 

İlk öncə onu deyək ki, DAŞ - öd kisəsində, sidik kisəsində və böyrəklərdə əmələ gələn bərk və sıx kütlədir. Yerləşməsindən asılı olaraq daşların əmələ gəlmə səbəbləri və müalicəsi müxtəlifdir. Daşlar bərk kütlə olaraq sidik yollarında yaranan kristalların (duzların) birləşməsindən əmələ gəlir. Daşlara böyrəklərdə və ya sidik axarında (böyrəyi sidik kisəsi ilə birləşdirən boru) rast gəlinə bilər. Qəbul olunan qıdalardan və ya həyat tərzindən asılı olaraq əhali arasında daş xəstəliklərinin sayı artmaqdadır.


Nərminə Abbasova bildirdi ki, böyrək və ya sidik axarı daşlarının düşməsi bir çox hallarda kəskin ağrılar ilə müşayət olunur:


“Böyrək daşları ilkin olaraq böyrəkdə əmələ gəlib orada inkişaf edir və ya sidik axarına düşür. Böyrəkdə mineral və ya turşu duzlarıının birləşib kristallar formalaşması nəticəsində daşlar əmələ gəlir. Daşların çoxu sidik burxma zamanı bədəndən çıxır. Buna baxmayaraq bəzən daşlar sidik axarında ilişərək, böyrəkdən gələn sidik axınının qarşısını alır və xəstəlik törədir. Böyrəyin özündə inkişaf edən daşlar iri həcmlərə qədər çata bilər. Bütün hallarda daşların çıxarılması üçün müalicə almaq vacibdir”.

 

 

Böyrək daşlarının əmələgəlmə səbəblərindən danışan həkim-terapevt qeyd etdi ki, hər bir insanın böyrəyində daş əmələ gələ bilər. Onun sözlərinə görə, böyrəklərdə normal sidik əmələ gəlmə prosesində natarazlıq olduqda bu ehtimal çoxalır:

 

“Bu ehtimal eyni zamanda gün ərzində içilmiş mayenin miqdarından və sidikdə olan maddələr mübadiləsindən asılıdır.
Böyrək daşlarının əmələ gəlməsini izah edən bir çox nəzəriyyələr irəli sürülüb.
Lakin onların heç biri bütün böyrək daşlarının əmələ gəlmə mexanizmini tam izah etmir. 
Daş əmələ gəlmənin ümumi qəbul edilmiş nəzəriyyəsindən biri, sidik yollarında abnormal kristalların (böyrək “duzları”) qalma vaxtının uzanmasıdır. Kristalların əmələ gəlməsi və inkişafı üçün sidik, daş əmələ gətirən duz kristalları ilə supersaturasiya (qatılaşma) olmalıdır. 
Diğər tərəfdən kristalların əmələ gəlməsi üçün sidiyi durulaşdıran və beləliklə kristalların birləşməsinin qarşısını alan maddələr sidikdə azalmalı və ya olmamalıdır. Sidikdə zulalın olması da kristalların birləşib daş əmələ gətirməsinə səbəb olur
.

 
Həkim deyir ki, böyrək daşları istənilən yaşda və cinsdə üzə çıxa bilər, lakin bu xəstəliyin 30-35 yaş arası olan insanlarda daha çox təsadüf edilməsi müşahidə edilir:

 


“Kişilərdə böyrək daşlarına qadınlara nisbətən üç dəfə çox rast gəlinir. Kişilərdə kalsium oksalat, kalsium fosfat daşları, qadınlarda isə aşağı sidik yolları infeksiları ilə əlaqədar infeksialaşmış daşlar daha çox olur”.

 

Xəstələrin şikayətlərinə də diqqət çəkən Nərminə xanım bildirdi ki, sidik axarı ləyən seqmentində obstruksiya verən daşlar bel və qarnın yan nahiyyələrində kəskin, tez-tez təkrar olunan ağrılar verir. Böyrək sancısı tutmaları adətən ürəkbulanma, qusma və zəif titrəmə ilə müsayiət olunur. Bu əlamətlər xəstənin fiziki gərginliyi ilə əlaqədar olmur.
Terapevt deyir ki, adətən daşlar rentgen müayinsəi, (böyrəklərin icmal və ya ekskretor müayinəsi) ultrasəs müayinəsi və ya Kompyuter Tomoqrafiyası (KT) zamanı aşkarlanır:

 

“Bir çox hallarda xəstələr kəskin ağrılarla Təcili Yardıma müraciət edirlər və xəstaxanaya gətirilirlər. Kontrastsiz KT müayinəsi böyrək sancısı ilə müraciət edən xəstələr üçün (hamilə və kiçik yaşlı uşaqlar istisna olmaqla) qızıl standart müayinə hesab olunur”.

 

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Böyrək daşı xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Ukraynada vəziyyət...