Enerji sektorundakı inqilabi addımlar və Azərbaycan...

13:44 06-09-2022 | icon 445 | İqtisadiyyat
Enerji sektorundakı inqilabi addımlar və Azərbaycan...

 

 

 

 

“Biz bilirik ki, Ukraynadakı müharibə fonunda Qərb ölkələrinin vətəndaşları bir  qorxu içərisindədir. Bu qorxu təbii qazla bağlı qiymətlərin çox böyük sıçrayışla  artımı və enerji sektorunda baş verən inqilabi addımların insanların həyatına təsiri ilə bağlıdır”.

 

 

Versus.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu, eləcə də dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycanın əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlərin olması ilə bağlı Prezident İlham Əliyevin Forumda dediyi fikirlərə əsasən bildirib.

 

Politoloq dövlət başçısının Forum çərçivəsində Avropanın enerji təhlükəsizliyi, dünyanın enerji bazarında baş verənlər, Azərbaycanın bu istiqamətdə ata biləcəyi addımlar haqqında çıxışını xatırladaraq, ilk növbədə bu çıxışın İtaliyadakı ekspertlər və vətəndaşlar tərəfindən diqqətlə izlənilməsini təsadüfi saymayıb.

 

“Çünki təbii qazın qiymətinin artması insanları narahat edir.  Təsadüfi deyil ki, son 6 ay ərzində 10 ölkə Azərbaycana müraciət  edərək  Azərbaycandan təbii qazın satışını  istəyib.

Cənab Prezident İtaliyadakı çıxışı zamanı bizim  TAP, TANAP layihəsi çərçivəsində, eyni zamanda təbii qazla bağlı Bolqarıstan marşrutu istiqamətində ata biləcəyimiz imkanları qeyd edib. Eyni zamanda burda Avropa və Azərbaycan arasında iqtisadi dialoqun davam etməsinin  vacibliyi vurğulanıb. Burda maliyyə məsələləri  çox vacibdir. Avropa siyasi prinsipiallıq və ümumilikdə qətiyyətlilik nümayiş etdirməlidir. Bizim ehtiyyatlar imkan verir ki, hətta tap layihəsini 20 milyard kub metrə qədər artıraq və digər istiqamətlərdə də enerji təhlükəsizliyi üçün əməli adımlar ataq”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ