Məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyatın vaxtı uzadılıb

13:59 19-09-2022 | icon 469 | Təhsil
Məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyatın vaxtı uzadılıb

2022-2023-cü tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinə üzrlü səbəbdən elektron qeydiyyatdan keçə bilməyənlər üçün məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyat prosesi oktyabrın 1-dək uzadılıb.

 

İdarədən verilən xəbərə görə, məktəbəhazırlıq qruplarına və birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir.

 

Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə müraciət etməklə (elektron ərizə əsasında) aparılır.

 

Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər.

 

Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qeydiyyat prosesi https://mektebeqebul.edu.az/ elektron portalı vasitəsilə aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM