Təzə açılan məktəbdən NARAZILIQ

15:59 28-09-2022 | icon 382 | Təhsil
Təzə açılan məktəbdən NARAZILIQ

“Direktor əsas giriş qapısını qıfılladı”

 

Bakı şəhərində bir müddət əvvəl açılan 263 nömrəli tam orta məktəbdən narazılıq var.

 

Versus.Az xəbər verir ki, bu barədə oxu.az-ın redaksiyasına orada təhsil alan şagirdlərin valideynləri şikayət ünvanlayıblar. 

 

Bildirilib ki, məktəbin yeni binasının açılışı olub:

 

“Təhsil ocağının bir neçə korpusu var. Amma direktor əsas giriş qapısını qıfıllayıb. 2600-dən çox şagird arxada olan balaca qapıdan məktəbə daxil olur. Nəticədə basabas və biabırçı hal yaşanır. Direktor bildirib ki, yeni pilot məktəblərin layihəsində mərkəzi qapıdan giriş qəti qadağandır. Giriş ancaq arxadakı qapıdan olacaq. “Narazılığı olan şəxsən gəlib sözünü mənə desin”.

 

Məsələ ilə bağlı 263 nömrəli tam orta məktəb ilə əlaqə saxladıq. 

 

Məktəbdən bildirilib ki, 263 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb:

 

“Hazırda məktəbdə 1700-ə yaxın şagird təhsil alır. Məktəbin ön tərəfində bir qapı olduğu üçün eyni zamanda, o qədər şagirdi qəbul edən zaman sıxlıq yaranır. Ön qapıdan giriş maşın yolu tərəfdə olduğundan bu, şagird və valideynlərin hərəkəti üçün təhlükə mənbəyidir.

 

Digər tərəfdə isə məktəbin dörd giriş qapısı olduğuna görə sıxlıq yaranmadığından şagirdlərin qəbulu həmin hissədən aparılır. Bu da şagirdlər üçün daha təhlükəsiz mühitin yaradılmasına xidmət edir.

 

Şagirdlər dərsdən çıxan zaman valideynlərlə məktəb rəhbərliyi arasında görüş keçirilib və onlara şagirdlərin məktəbə giriş-çıxışı ilə bağlı tənzimləmələrin səbəbləri izah olunub. Bu təşəbbüs məktəbdə təhsil alan şagirdlərin əksəriyyətinin valideynləri tərəfindən razılıqla qarşılanıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM