Şagird tapılmayan məktəbdə ARAŞDIRMA

14:22 04-10-2022 | icon 438 | Təhsil
Şagird tapılmayan məktəbdə ARAŞDIRMA

Ötən gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov məktəblərdə şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub. 

 

Arıqıran kənd tam orta məktəbində 1-ci növbənin dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə direktor və müəllimlərin əksəriyyəti olmayıb.

 

Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.

 

Qeyd olunub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

 

Məsələ barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbdə şagirdlərin və müəllimlərin dərsdə olmaması ilə bağlı araşdırmalar aparılır:

 

“Məktəb direktorunun izahatı alınıb. Monitorinq başa çatdıqdan sonra nəticə ilə bağlı məlumat veriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”