"Şagird müəllimin simasında öz peşəsinə vurğun insan görməlidir"

10:59 05-10-2022 | icon 494 | Təhsil
"Şagird müəllimin simasında öz peşəsinə vurğun insan görməlidir"

Lalə Quliyeva: "Ən qiymətli sərvəti - uşaqların gələcəyini müəllimə etibar edirik"

 

"Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Bu günün özəlliyini, bu günün gözəlliyini deməyə yəqin ki, ehtiyac yoxdur, çünki bu gün – 5 oktyabr Beynəlxalq Müəllimlər günüdür".

 

Versus.Az xəbər verir ki, bunu 5 Oktyabr - Müəllimlər Günü münasibətilə paylaşımında Azərbaycan Liberal Demokrat Partiyasının Qadınlar Şurasının sədri Lalə Quliyeva qeyd edib.

 

 

Xanım siyasətçi Azərbaycan müəllimlərinə müraciətlə yazır:

 

"Əziz müəllimlər!

Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir!

 

Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.

 

ALDP üzvləri, partiyanın sədri Fuad Əliyev və öz adımdan hər kəsi Beynəlxalq Müəllimlər günü münasibətilə  təbrik edirəm!"

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”